Icma.az
close
up
RU
Davosda yeni geosiyasi mesaj: Tramp Əliyev görüşü Qərbin illərlə qurduğu oyunu pozdu

Davosda yeni geosiyasi mesaj: Tramp Əliyev görüşü Qərbin illərlə qurduğu oyunu pozdu

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 22-də İsveçrənin Davos şəhərində regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədi imzalanıb. Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan bu tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi dəvət alıb. Sazişin imzalanmasından sonra Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü baş tutub. Görüşdə ABŞ-nin Azərbaycanla münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu görüş Azərbaycan-ABŞ münasibətlərində etimadın güclü olduğu kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bidirdi ki, Qərbin, xüsusən Avropa strukturlarının onillərdir aşılamağa çalışdığı dəyərlərin fiaskoya uğraması fonunda Amerika-Azərbaycan münasibətlərinin inkişafı əslində ötən dövr ərzində Azərbaycanın özünün prinsipial və qəti mövqeyində tam mənada haqlı olduğunu göstərməkdədir:

"Məlumdur ki, Trampa qədərki ABŞ administrasiyasının Azərbaycana münasibəti nəinki ümumbəşəri dəyərlərlə uzlaşmır, üstəlik Vaşinqtonun özünün də xarici siyasətinin düzgün prioritetlərini əhatələmir və Amerikanın maraqlarına xidmət etmirdi. Demokratlarla eyni ideologiyanı bölüşən və faktiki olaraq Sorosun şəbəkəsinin cənginə aldığı Avropa geosiyasi coğrafiyası da məhz bu yanlış tezisləri özünün xarici siyasət kursunda rəhbər tutduğu üçün demokratların fiasko aqibətini davam etdirməyə məhkum oldu. Hazırda Tramp hakimiyyəti dövründə ABŞ ilə Avropa arasında gərginləşən münasibətlər, o cümlədən Bakı ilə Vaşinqton arasında əlaqələrin strateji səviyyəyə qədəm qoyması bu mənada ötən dövrdə müşahidə olunan geosiyasi prosesləri, həmçinin ABŞ və Avropanın Azərbaycanla münasibətlərinin yol xətirəsini daha aydın formada qiymətləndirməyə imkan verir. Trampın Cənubi Qafqazda ABŞ-nin baxışına kardinal formada dəyişiklik etməsi, Azərbaycana bərabərhüquqlu tərəfdaşlıq zəminində potensial strateji müttəfiq kimi baxması, buna paralel olaraq isə Avropa strukturlarının, o cümlədən Avropa Parlamentinin hələ də Azərbaycana hücum siyasətini dayandırmaması əslində "qoca qitə"nin Qafqaz siyasətinin fiaskosunun bariz göstəricisidir. Davosda Prezident Trampın çox az saylı liderlərlə təkbətək görüşü fonunda cənab İlham Əliyevə xüsusi diqqət yetirməsi və ayrıca ikitərəfli görüş, o cümlədən sosial media hesabları üzərindən Prezident İlham Əliyevə təşəkkür etməsi Bakının yeni geosiyasi reallığın qalib tərəfi mövqeyini daha da gücləndirməkdə olduğunu nümayiş etdirir".

Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov da mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşdü. Onun sözlərinə görə, Amerika-Azərbaycan münasibətləri gözümüzün önündə yüksələn xəttlə inkişaf edir:

"Donald Tramp ilə cənab Prezident İlham Əliyev arasında olan şəxsi münasibətlər, eyni zamanda dövlətlərarası əlaqələr də ardıcıl şəkildə möhkəmlənir. Bu da cənab prezidentin uğurlu xarici siyasətinin nəticəsidir və təqdirəlayiq haldır. Həm prezidentlərin bir-birinə münasibəti, həm də ABŞ-nin dövlət olaraq Azərbaycana münasibəti olduqca müsbət istiqamətdə inkişaf edir. Bu proses yüksələn xətt üzrə davam edir və bunu alqışlamaq lazımdır. Vitse-prezidentin Azərbaycana səfərinin gözlənilməsi də iki ölkə arasında münasibətlərin inkişaf etdiyinin bariz nümunəsidir. Eyni zamanda prezident Trampın İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər də bunu bir daha təsdiqləyir. Bu onu göstərir ki, həm prezidentlər səviyyəsində, həm də dövlətlərarası münasibətlər çərçivəsində əlaqələr çox uğurla inkişaf edir və yüksələn xətt üzrə davam edir. Bu da, şübhəsiz ki, alqışlanmalı bir haldır".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri