Icma.az
close
up
RU
525ci qəzet BMTMdə ilin yekunlarına dair mətbuat konfransı keçirilib

525ci qəzet BMTMdə ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

525.az xəbər çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə BMTM-in fəaliyyəti əsas etibarilə Prezident vs parlament seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in faaliyyətində öz əksini tapıb.

"Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün va operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılıb. Belə ki, ingilis dilində Azərbaycan gündəminin yığcam va düzgün analitik təsvirini ehtiva edən 12 bülletin hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümümi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir. Bunlardan biri bu il təqdimatın keçirdiyimiz "İlham Əliyevin xarici siyasət uğurları 2003-2023 broșürü"dur, digəri isə təqdimatinın yanvarda keçirilməsi nəzərdə tutulan, șöbə müdiri Cavid Valiyev tərəfindən yazılan "Erməni millətçi irredentizmi və Qarabag müharibələri" sərlövhəli kitabdir. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub. Onlardan 2-si Qərbi Azərbaycan, 2-si COP29, 1-i Vətən müharibəsi, 1-i isə mərkəzin ötənilki faliyyət istiqamətlərini əhatə edir. Rus dilində isə Rusiya-Azərbaycan və Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərc edilib. Dekabrın 1-dək olan göstəricilərə əsasən, Mərkəz əməkdaşları tərəfindən 100 arayış hazırlanıb.  Təhlillərə gəldikdə isə qeyd etməliyəm ki, Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində isə 10 olmaqla ümumilikdə 30 təhlil hazırlanıb və saytımızda yerləşdirilib. 

BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib. Onların arasında "Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə", "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol", eləca də tərəfdaşlarımızla birlikdə təşkil edilən "COP29 və Azərbaycan üçün yașıl baxıș", "Müxtəlifliyin qorunmas: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq konfransları qeyd etmək istərdim 

Həmçinin ölkə xaricində İtaliya Asiya institutu (ISIA), Bakı Politoloqlar Klubu ilə birgə təşkil etdiyimiz "İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlər: enerji təhlükəsizliyi və xarici siyasət", Peruca Universiteti ilə birgə təşkil etdiyimiz "Azərbaycan-İtaliya: Yeni enerji siyasəti ikitərəfli münasibətlər", Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI) i təşkil etdiyimiz "COP29: İqlim dəyişikliyi, sülh təhlükəsizlik" mövzusundakı tədbirlərimiz yerli  xarici ictimaiyyətdə xüsusi maraqla qarşılandı".

F.Şəfiyev deyib ki, Mərkəzimiz COP29 dövrünü də səmərəli bașa vurub. Belə ki, COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə troyka ölkələrində enerji keçidi ilə bağlı mümkün çağırışları müzakirə etdik COP29 sədrliyi il birgə təşkil etdiyimiz "COP29 Düşüncədən amala: Bakı Habi ilə həll yollarının formalaşdirılması" mövzusundakı tədbirdə isə Almaniya, BƏƏ, Misir, Birləşmiș Kralliq və İtaliyadan olan həmkarlarımızla birlikdə beyin mərkəzlərinin ișçi qrupunun yaradılmasına nail olduq.

"2024-cü il ərzində ənənəvi qaydada Rusiya, Qırğızıstan və Qazaxıstanla ekspert șuralarının iclasları keçirilib. Bu ilin avqustun 27-də Özbəkistanla da sözügedən formatda ilk görüşümüzü keçirmişik. Bu il 9 tərəfdaşla Anlașma Memorandumu imzalanıb. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf Institutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeșin Amadeus İnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Șərq Înstitutudur",-deyə BMTM sədri diqqətə çatdırıb.

Əlavə olaraq qeyd edib ki, bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardim Agentliyi (AIDA) va BMTM-in birgə həyata keçirdiyi AlDA proqramı çərçivəsində Albaniya, Nepal, Braziliya, Pakistan, Niderland. Serbiya, Belçika, Avstraliya, Macarıstan, Mərakeş, Gürcüstan, Çindən olan ekspertlər BMTM-da təqaüd proqraminda iştirak ediblər. Azərbaycanda olduqları müddətdə ölkəmizlə bağlı müixtəlif araşdırmalar həyata keçirib, görüşlərə qatıliblar.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri