Icma.az
close
up
RU
BMTMdə 2024cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

BMTMdə 2024cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 dekabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində görülən işlərdən danışan BMTM-in sədri əlavə edib: “Azərbaycan gündəminin ingilis dilində yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülleten hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir ki, bunun da biri bu il təqdimatını keçirdiyimiz “İlham Əliyevin xarici siyasət uğurları 2003-2023 broşürü”dür, digəri isə təqdimatının yanvarda keçirilməsi nəzərdə tutulan, şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılan “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” sərlövhəli kitabdır. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub. Onlardan ikisi Qərbi Azərbaycan, ikisi COP29, biri Vətən müharibəsi, biri isə Mərkəzin ötənilki fəaliyyət istiqamətlərini əhatə edir. Rus dilində isə Rusiya-Azərbaycan və Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərc edilib.

Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində 10 olmaqla ümumilikdə 30 təhlil hazırlanıb və saytımızda yerləşdirilib.

BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib. Onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızla birlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfranslar qeyd edilməlidir”.

Mərkəzin COP29 dövrünü də səmərəli başa vurduğunu bildirən Fərid Şəfiyev deyib: “COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə Troyka ölkələrində enerji keçidi barədə mümkün çağırışları müzakirə etdik. COP29 Sədrliyi ilə birgə təşkil etdiyimiz "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı tədbirdə isə Almaniya, BƏƏ, Misir, Birləşmiş Krallıq və İtaliyadan olan həmkarlarımızla birlikdə beyin mərkəzlərinin işçi qrupunun yaradılmasına nail olduq.

Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf İnstitutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeus İnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutudur”.

Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərinin aktuallığına, bunun sülh prosesinə mümkün töhfələrinə toxunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev cari ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzləri və akademik institutları ilə həyata keçirilən əməkdaşlıq, Azərbaycanın Türkiyə ilə mövcud əlaqələrinin vəziyyəti və Türk Dövlətləri Təşkilatı ilə artan intensiv təmaslar barədə geniş məruzə ilə çıxış edib.

BMTM-in şöbə müdiri Vasif Hüseynov isə Azərbaycan-Avropa İttifaqı münasibətləri istiqamətində BMTM-in irəli sürdüyü təşəbbüslər və avropalı tərəfdaşlarla aparılan əməkdaşlıq barədə məlumat verib. O, həmçinin cari ildə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin ümumi vəziyyətini və əsas xüsusiyyətlərini ətraflı şəkildə təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri