Icma.az
close
up
RU
525ci qəzet Çoxdan yazılmalı olan həqiqətlər Çingiz Abdullayev yazır

525ci qəzet Çoxdan yazılmalı olan həqiqətlər Çingiz Abdullayev yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Çingiz ABDULLAYEV
Xalq yazıçısı

Bunları çoxdan yazmaq lazım idi. Bütün bunlar böyük bir ölkə dağılandan dərhal sonra başladı. Hiperinflyasiya, vəsait çatışmazlığı, ümumi xaos və qonşularla müharibə. Bütün bunların fonunda Yazıçılar İttifaqı qorunub saxlanmalı idi. 1992-ci ilin yayında biz o vaxtkı Azərbaycan hakimiyyətinə müraciət etdik. O zaman hakimiyyətdə olanlardan biri bizə belə bir sual verdi:

- Bizə ədəbi jurnallar nəyə gərəkdir? Füzulinin dövründə onlar yox idi, ancaq ədəbiyyat var idi.

Bu suala Anar "Füzulinin dövründə padşahlar arabada gəzirdilər. Siz isə indi "Mersedes"də gəzirsiz", - deyə cavab verdi.

O vaxt bizə pul vermədilər. Anar vəsait almaq üçün sponsorlar tapdı. Milyona yaxın pul. Bu, 50 min dollardan çox idi. Biz bütün pulları qəpiyinə qədər Yazıçılar İttifaqına verdik. Çox sevdiyim və hörmət etdiyim mərhum Cabir Novruz dedi ki, bunu bütün yazıçılar bilməlidir. Lakin biz heç nəyi reklam etmədik. Sonralar, vəziyyət lap ağırlaşanda Anar Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdi. Bundan əvvəl, Anar, İttifaqın aztəminatlı işçilərinin xeyrinə biz üçümüzə katiblərə əməkhaqqından imtina etməyi təklif etdi. Və biz üçümüz də düz yarım il əməkhaqqı almadıq. Anar və Yusif Səmədoğlu millət vəkili maaşını alırdılar, mən də qonorarla dolanırdım.

Yarım ildən sonra böyük siyasətçi Heydər Əliyev əsrin əpoxal qərarını verdi. Bütün ədəbi jurnallar və ədəbiyyat qəzeti dövlət təminatına alındı. Keçmiş İttifaqda bu, birinci unikal hadisə idi. Sonra bir sıra başqa respublikalarda da belə edildi. Bütün bu illər ərzində Yazıçılar Birliyi bir dəfə də olsun əməkhaqqısız qalmadı. Aparatın işçilərinin hər birindən soruşa bilərsiniz. Hətta  aztəminatlı yazıçı və şairlərə kömək edilir, müalicəyə və yas mərasimlərinə də pul ayrılırdı. Axı belə şeylərə heç kim artıq vəsait ayırmırdı. İttifaqın isə 2 mindən artıq üzvü var. Əgər pul çatmırdısa, biz Anarla öz məsuliyyətimiz altında banklara müraciət edirdik. Bəzi yaramazlar yazırlar ki, biz binanı girov qoyuruq. Bu, ağ yalandır! Digər yaramazlar yazırlar ki, aşağıda fəaliyyət göstərən klub mənim şəxsi əmlakımdır. Bu da yalandır! Bütün pullar yazıçılara və işçilərə ayrılır və hər xərclənən manatın sənədi var.

Əsas da odur ki, biz tək Yazıçılar Birliyini deyil, həm də onun binasnı qoruyurduq. O illər bizim binanı İngiltərə səfiriyinə vermək istəyirdilər (1993-cü ilin əvvəli). O vaxt Yusif Səmədoğlu zarafatla söz vermişdi ki, o niyyətlə binaya daxil olanları güllələyəcək.

Və bir daha Anar haqda. Bütün bu illər ərzində o, çox adama kömək edib. Anar, Moskvaya gedib SSRİ-nin millət vəkili olaraq, bizim məhbusları azad etməyi tələb etmiş, bir neçə nəfəri zaminə götürmüşdü. Onlarla insana mənzil almaqda, müalicə olunmaqda, təqaüd və müavinat almaqda kömək edib.

Anar və Yusif o zaman İsa Qəmbəri də zaminə götürmüşdülər.

Məni bağışlayın, amma deməliyəm ki, mən artıq 2 ildir ki, TEAS press nəşriyyatı ilə müqavilə bağlamışam və qonorarlarımı YAŞAT fonduna köçürürəm.

Yazıçıları səs verməyə yuxarılardan məcbur etmək mümkün deyil. Demək olar ki, qurultayda hamı Anarın seçilməsini istədi və ona səs verdi. Yazıçılara yaxınlaşın, onların rəyini öyrənin. İstedadsız qrafomanlara deyil, əsl yazıçılara yanaşın və soruşun.

Son qurultayda ədəbiyyatımızın qaymaqları toplaşmışdı. İndi Ramiz Rövşənə hücumlar edirlər. Ramiz Rövşən çox görkəmli şairdir və bunu edənlər onun yanında aciz və cılızdırlar. Daha dərindən baxsaq, xalqımızın düşmənləridirlər. Onların məqsədi ölkəmizdə hörmətli insanların, öz ədəbiyyatımızın, mədəniyyətimizin olmadığını sübut etməkdir. Bu haqda düşünün! Belə çıxır ki, bütün Xalq şairləri (4 nəfər), Xalq yazıçıları (8 nəfər) və bizim ədəbiyyatın akademikləri düşməndirlər, layiqsiz qrafomandırlar, oğru və səviyyəsizdirlər?! Bu, hətta bədnam qonşularımızın ağlına gələ bilməzdi.

Yetər! Anar dünya miqyasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün başqa yazıçılardan daha çox işlər görüb. Ona görə onu seçiblər. Nöqtə!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri