Icma.az
close
up
RU
525ci qəzet Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda Tel­man Oru­cov yazır

525ci qəzet Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda Tel­man Oru­cov yazır

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Qələbə tarixi faktdır, hətta saxtakarlıqları ilə ad çıxarmış ermənilər də öz üzərlərində onun silinməz damğasını hiss etdiklərindən, bu həqiqəti danmağa cəsarət etməzlər. Lakin azərbaycanlılar həmin qəti qələbədən sonra da, sülhsevər xalq olaraq qalır, hər bir xoş münasibətə əsl dostluq hissləri ilə cavab verir. Azərbaycanlılar ünsiyyətdə olduğu hər bir adama və xalqlara münasibətdə, özünün unikal tolerantlığı ilə əsl heyranlıq əks-sədası doğurur. Ermənilər ağır məğlubiyyətlərinə görə, daim əsarətində olduğu hallusinasiyalardan ayılmalı, paranoyyalarına son qoymalı, qonşularına qarşı bəslədikləri mənfur düşmənçiliklə birdəfəlik vidalaşmalıdırlar. Həyat özü onlardan bunu tələb edir, revanşizm xülyaları erməni xalqını, malik olduğu qurama yorğan tipli  dövlətini də məhv olmaqla üzləşdirə bilər.

Azərbaycanlılar, keçmiş və indiki müharibə qızışdıranları, istər onlar Ermənistan rəhbərləri, istər Dağlıq Qarabağ separatçıları olsun, haqlı olaraq lənətləyirlər. Həm də, nəhayət üzləşdikləri iflasa görə zərurət qarşısında düşmənçiliklə vidalaşan xalqa, bu həqiqətən baş versə, xoş münasibət göstərməyə də hazırdır. Lakin ermənilərin, mübtəla olduqları qatı millətçilik mərəzindən sağaltması da çətindir, bəlkə də bütövlükdə mümkün deyildir. Axı bu xəstəlik onlara əsrlər boyu sirayətlənmişdir.  Xalqımız isə öz dövlət başçısının uğurlu siyyasətinə loyal münasibət göstərməklə yanaşı, gələcəyə, daha firavan həyat tərzinə malik olacağına böyük inam bəsləyir, daha xoş bir perspektiv ümidi ilə yaşayır.  Uğurlu quruculuqdan və yeni nailiyyətlər qazanmaq istəyindən xəbər verən bunlar isə həm də sülh şəraitinin mövcudluğunu tələb edir. Ermənilər də permanent düşmənçiliyi permanent sülhlə əvəz etməyə çalışmalıdırlar, bunun üçün birinci növbədə öz psixikalarında dəyişiklik etməlidirlər. Son müharibə onlara hökmən ayıldıcı təsir göstərməlidir. Ayrı-ayrı xalqlar hazırda süni intellekt yaratmaq və ondan faydalı qaydada istifadə etməyə çalışırlar, qoy erməni xalqı hələ zərərli toz basmış öz ruhunun təmizlənməsi, gigienası ilə məşğul olsun, onun sağalma nəticəsi olacaq bu metamorfoza, onlar üçün cəhalət əlaməti olan zülmət qaranlıqdan sonra meydana gələn əsl dan şəfəqi rolunu oynaya bilər.

Пrezidentin fəaliyyəti təhlil edilərkən uğurlar layiqli qiymətini aldığı kimi, heç də bu o demək deyildir ki, ölkənin idarə edilməsində nöqsanlara yol veilməmişdir. Respublika Пrezidentinin mübarizə sahəsindəki ardıcıl səylərinə və həyata keçirdiyi geniş tədbirlərə baxmayaraq, ölkədə məmur özbaşınalıqları və ən ağır bəla olan rüşvətxorluq halları baş verməkdə davam edir. Lakin bu cinayətlər və xətalar, öz kəskin cavabını almamış qalmır. Qanunu pozanlar ifşa olunur, yüksək vəzifələrdən uzaqlaşdırılır, layiq olduqları ağır cəzalara məhkum edilirlər. Dustaqxana sakinləri arasında keçmiş məmurların sayı heç də az deyildir. Onu da qeyd etmək lazımdır ki, qanuna məhəl qoymayan bir sıra mühüm nüfuz sahiblərinin nəhəng imkanlarının məhdudlaşdırılması, geniş səlahiyyətlərdən məhrum edilməsi, vəzifələrdən qovulması Пrezidentin bilavasitə şəxsi təşəbbüsü ilə baş vermişdir və onların himayəsinə sıxılan bir sıra ünsürlər istisna olmaqla, xalq tərəfindən ölkə rəhbərinin bu fəaliyyəti də böyük rəğbətlə qarşılanmışdır.

Mübarizə heç də sona çatmamışdır və davam edir. Lakin qorxulu virusu (latınca "zəhər" deməkdir) məhv etmək və cəmiyyətin bu sahədəki tam sağlamlığına nail olməq da asan məsələ deyildir. Rüşvətxorluq anatomiyaya aid bir rudimenti, atavizmi xatırlatsa da, onu cərrahiyyə əməliyyatı ilə bir andaca kəsib atmaq mümkün olmur. Həm də onun vurduğu yaralar da, arzu olunan kimi sürətlə sağalmır. Lakin ölkə rəhbərinə bəslənən inam bədbinliyə qapılmağa imkan vermir, məkrli xarici düşmən üzərində qazanılan qələbə, ağır fəsad sayılan daxili xəstəliyin də hökmən müalicə olunacağına böyük ümidlər yaradır. Mövcud çətinliklərə baxmayaraq, uğurlar adamlara, daha xoş gələcək üçün nikbin hisslər aşılayır.

 Dövlət siyasətindən baş çıxarmayanlar cəmiyyət üçün məsuliyyət daşıyan bu quruma öz hədsiz tələbatlarını daim ödəmək mənbəyi kimi baxırlar, dövləti Amalfeya keçisinin buynuzu kimi permanent zənginlik mənbəyi hesab edirlər. Bu, olduqca səhv düşüncədir. Axı ideal dövlət barədə təsəvvür də yalnız utopiya xarakteri daşıya bilər. Dövlət rəhbərindən ölkəsini cənnətə çevirməyi ummağın özü ağılsızlıqdır. İdarəetmənin mahiyyəti və gücü isə ölkəsinin ehtiyac və yoxsulluq cəhənnəminə çevrilməsinə yol verməmək, vacib olan təhlükəsizliyi təmin etməklə, əhalinin gecələr rahat yatmasına şərait yaratmaqdır və bu, ölkəmizdə öz təsdiqini bütünlüklə tapır. Bu məqsədlərin yerinə yetirilməməsindən əsassız olaraq şikayət etmək, ən azı, insafsızlıq olardı.

Epiloq əvəzi və ya təsvirdə obyektivliyi unutmamaq ehtiyacı

Görkəmli şəxsiyyətlər tarixdə öz izlərini qoyduqlarına görə yaşadığı dövrün və xalqının başqa nümayəndələrindən xeyli dərəcədə fərqləndiklərindən, hökmən seçilirlər. Onlar xalqların taleyinə aid olan hadisələrin fəal iştirakçısı, bəzən hətta müəllifi olduqlarından, öz fəaliyyətləri ilə təkcə zamanla canlı əlaqə yaradanlarına görə deyil, həm də az qala simvola çevrildiklərindən, tarixi şəxsiyyətlər adlanırlar. Onlara münasibət müxtəlif ola bilər, musiqi aləti deyil ki, onların səslənməsindən hamı həzz alsın. Onların portretində aparıcı müsbət xüsusiyyətləri təsvir edən çalarla yanaşı, onun cazibədarlığına xələl gətirən, lakin reallığa xidmət edən yaxmaların da olması bəlkə də vacibdir.

Çünki böyük şəxsiyyətlərdə həm cazibə qüvvəsinə malik olan xüsusiyyətləri, həm də onlar haqqında geniş yayılmış rəyə xələl gətirən nöqsanları da tapmaq mümkündür. Çünki insan təbiəti rəngarəngdir, bir hissəsi olduğu ana təbiətin özünə bənzəyir. Ona görə də onu yalnız bir, özü də çəhrayi rəngdə təsvir etmək, həqiqətə göz yummaq xarakteri daşıyır. Qəhrəmanlar hətta başqalarından nə qədər fərqli olsalar da, insan olaraq qalırlar, onlar Göy sakini olmayıb, Yer üstündə yaşayırlar. İnsanlara xas olan xüsusiyyətlərin heç biri onlara yad deyildir, onlar da eyni havanı udur, eyni qaydada qidalanır, eyni xəstəliklərə mübtəla olurlar. Onlar şöhrətin hansı zirvəsinə yüksəlsələr də, yenə də bəşər nümayəndəsi olaraq qalırlar.

Ona görə də tarixi şəxsiyyətlər təsvir edildikdə, onun güclü təsiri altına düşmək yalnız ziyan verir, axı onlar da, böyüklükləri ilə yanaşı, qüsurlardan da heç də xali deyillər. Onların fəaliyyətini təhlil etdikdə, çoxlu müsbət keyfiyyətlərlə yanaşı, qüsurları da tapmaq çətin deyildir. Onları adətən bütöv şəxsiyyətlər kimi xarakterizə edirlər, lakin onların obrazında işığın kölgə salmaq xüsusiyyəti də nəzərdən qaçmamalıdır, qaranlıqdan xəbər verən cəhətləri də inkar etmək düzgün sayılmamalıdır.

Heç bir tarixi şəxsiyyət ideala, sitayiş obyektinə çevrilməməlidir   Onlara pərəstiş, fərqli qaydada olan heyranlığı xarakterizə edən yüksək qiymətdən doğur. Onları qədim Misir faraonları kimi canlı Allah tək qəbul etmək fanatizm korluğundan xəbər verir. Hamımızın pərəstiş etdiyi, bəlkə də tarixdə başqa bir nümunəsi olmayan Makedoniyalı Aleksandr da ciddi sayılmalı olan qüsurlardan xali deyildi. Yuli Sezara gecə öz təbii ehtiyacını ödəmək üçün verilən qabı ona xatırlatmaqla, insan olduğunu unutmamağı yadına salırdılar.

 Təəssüf ki, bəzi tarixçilər və yazıçılar bu şirniklənmələrdən qaçmağı bacarmamışlar. Qədim yunan tarixçisi Пolibi (b. e. ə. 200-120-ci illər) Roma tarixinə dair qiymətli kitabların müəllifi idi, lakin b.e.ə. 146-cı ildə Karfageni dağıdan və yandıran Kiçik Stsipion Emilian Afrikalını bir sərkərdə kimi tərifləyəndə, onun rəhmsizliyindən xəbər verən əməllərinə göz yumur. Böyük fransız yazıçısı Stendal (1783-1842-ci illər) Napoleonun işğal müharibələrini tərif obyekti kimi seçmişdi, ona görə də Avropanı qan çanağına döndərənin apologeti sayılır. Fransız yazıçısı madam de Stal böyük intellekti ilə seçilirdi, lakin o, da nifrət bəslədiyi Napolenu yalnız qüsurlar simvolu kimi təsvir edərək, ona lənət yağdırmaqla, "azadlığın qəbir qazanı" adlandırmışdı. Təkcə Kiçik Пlini (b.e.ə. 61-114-cü illər) öz əsəsrini "İmperator Trayana panegirika" adlandırsa da, onun işğal müharibələrinə tərif şəklində toxunmamış, ancaq insanpərvərliyini, ilk dəfə olaraq ehtiyacı olanlara aliment adlanan ərzaq köməyi etməsini rəğbətlə qeyd etmişdir. Həm də onu da gizlətməmişdir ki, Trayan xristianların təqib edilməsini tövsiyə edirdi.

 Sovet yazıçıları ideoloji cəbhədə fəal iştirak etmək üçün Lenini və Stalini göylərə qaldırmaqda hədd tanımırdılar. Yazıçı Leonid Leonov bizim eranın başlanğıcını İiusus Xristin deyil, Stalinin anadan olduğu tarixlə əlaqələndirməyi təklif edirdi. Azərbaycan ədəbiyyatında da sitayiş xarakterli "Rəhbərə salam" uzun şeiri, "Lenin" poeması, "Səhər" romanı meydana gəlmişdi. Çoxları təzyiq göstərən zamanın tələbindən kənara çıxmağa cürət etmirdi, vahimə xofu real cizgilər aldığından, onları mənəvi cəhətdən sındırırdı.

Tarixi şəxsiyyətlərin tərifə layiq xüsusiyyətlərini qabartmaq heç də qəbahət deyildir, lakin onları bütləşdirmək cəhdləri faydalı sayılmamalıdır, vurğunluqda da ölçü hissi gözlənilməlidir. Əlbəttə, bu cür standatlarda yazmaq heç də asan məsələ deyildir, axı təsvirin özü də onun müəllifi kimi ideal sayılmaq eşqinə düşsə, bu, əks nəticə verəcəkdir. Пarlaq rənglərin bolluğuna uymaq, kölgənin bütünlüklə inkarına gəlib çıxa bilər.

Qədim Romanın nəcib imperatorları (bizim eranın 96-180-ci illərdə onlar imperiyanı uğurla idarə etmişdilər) Allaha müraciət edəndə, öz vicdanlarını nəzərdə tuturdular. O vaxtlar hələ Romada monoteizm mövcud deyildi, gələcəkdə hakim dinə çevriləcək xristianlığa sitayiş edənlər isə təqib olunurdu, bu din yalnız IV əsrin sonunda dövlət dini ola bildi. Lakin vicdan müasir dövlət xadimləri üçün də vacib şərtdir, vicdanını daim oyaq və ayıq saxlayanlar həm də öz xalqını yaxşı başa düşür və onun arzularına cavab verməyə çalışır. Onlar bilirlər ki, vicdan, şəraitlər tələb edəndə deyil, daim fəaliyyətdə olmalıdır. Bu yazıda da III Napoleonun ciddi qüsurları ilə yanaşı, bəzilərinin qəddarlığından isə öz xalqı böyük ziyan çəksə də, əsasən, ali kürsüdə ləyaqətə xidmət edən dövlət xadimlərinin örnək xarakterli nümunəsi qələmə alınmışdır. Tarix onları hökmən yaşadacaqdır. Həmin böyük şəxsiyyətlər, müəyyən istinalar nəzərə alınmasa, öz idarə etmələrinin nəcib xüsusiyyətləri hesabına, həm də tarixin səhifələrini bəzəməkləri ilə fərqlənəcəklər.

SON

10 mart. 2024-cü il.

seeBaxış sayı:91
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri