Icma.az
close
up
RU
525ci qəzet İlin adamı

525ci qəzet İlin adamı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Dünyanın iki ən məşhur jurnalından biri olan "Time" nəşri Donald Trampı "İlin adamı" elan edib. Tramp ikinci dəfədir ki, "Time" jurnalı tərəfindən ilin adamı seçilir. Birinci dəfə Tramp 2016-cı ildə, prezident seçkisində qalib olduqdan sonra "Time" jurnalı onu "İlin adamı" elan etmişdi. Bu dəfə də prezident seçkilərində uğuruna görə ilin adamı seçilib. Jurnal seçimini belə izah edib ki, bu, tarixi dönüş etmiş bir insandır.

Tramp özü "Time" jurnalının bu qərarını "böyük şərəf" adlandırıb. ABŞ-nin 47-ci prezidenti nəşrin qərarını çox bəyəndiyini bildirib.

Tramp əksər rəy sorğularının əksinə olaraq 5 noyabr seçkisindən qalib çıxmağı bacardı və şübhəsiz ki, buna görə "İlin adamı" ünvanına layiqdir. Trampın təmsil etdiyi Respublikaçılar Пartiyasının nüfuzlu liderlərinin bir hissəsinin dəstəyini qazana bilmədiyi, onlar tərəfindən də boykot edildiyi halda 5 noyabr seçkilərində qələbəsi onun "İlin adamı" ünvanına layiq olduğunu təsdiq edir.

2016-cı ildə "Time" jurnalının "İlin adamı" seçdiyi Donald Tramp prezidentliyi dövründə iki dəfə impiçment təhlükəsi ilə üzləşmişdi. Daha sonra 6 yanvar 2021-ci ildə Konqresə edilən hücumla bağlı da haqqında cinayət işi qaldırılmışdı. Bu gün Tramp siyasi karyerasının zirvəsindədur. Dörd illik fasilədən sonrda ikinci dəfə prezident seçkilərində qalib gələn Tramp Konqresin hər iki palatasında və Ali Məhkəmədəki çoxluğun dəstəyini formalaşdıra bilib. Lakin bu, çox kövrək dəstəkdir. Cəmi bir neçə ay sonra Tramp Nümayəndələr Пalatasındakı çoxluğu itirə bilər. Bu hadisə gələn ilin yazında baş verməsə belə, 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərində Demokratlar Пartiyasının revanş götürərək Konqresin hər iki palatası üzərində çoxluğu qazanması ehtimalı çox yüksəkdir.

"Time" jurnalı tərəfindən 2024-cü ilin adamı seçilən Trampın birinci prezidentlik müddəti kimi qarşıdakı 4 ilin də gərgin, hətta bir sıra hallarda qalmaqalla keçəcəyini isə əminliklə söyləmək olar. Yanvarın 20-dən fəaliyyətə başlayacaq administrasiyasını formalaşdırması zamanı üzləşdiyi qalmaqal da bunu söyləməyə imkan verir.

Üstəlik, "Time" jurnalının Trampı ilin adamı seçməsi ABŞ-nin yeni prezidentinin mətbuat tərəfindən dəstəklənəcəyi demək deyil. Əksinə, bir çox siyasi təhlilçilər Trampın ikinci prezidentliyi dövrünün mətbuatla qarşıdurmada keçəcəyini ehtimal edirlər. Seçkiqabağı vədlərini həyata keçirməyə başladığı andan Tramp müxalifətin, mətbuatın və vətəndaş cəmiyyətinin ciddi hücumları ilə üzləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri