Milyonçu supermarketdən oğurluq edərkən tutulub
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Təxminən 3,8 milyon avro sərvəti olan belçikalı qadın İsveçrənin Cenevrə şəhərində supermarketdən oğurluq etdiyinə görə məhkum edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə 2022-ci ilin oktyabrında qeydə alınıb.
Cenevrədə yaşayan 50 yaşlı qadın özünəxidmət kassasında ödəniş etmədən dəyəri təxminən 370 avro olan 15 məhsulla mağazanı tərk etmək istəyərkən təhlükəsizlik əməkdaşı tərəfindən saxlanılıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları qadını qandallayaraq bölməyə aparıblar. Onun həm avtomobilində, həm də evində axtarış aparılıb, özü isə gecəni polis kamerasında keçirməli olub.
Həmin ilin sonunda məhkəmə qadını təqsirli bilsə də, o, hökmdən apellyasiya şikayəti verib. Prokurorluğa bank kartını götürmək üçün bayıra çıxdığını deyən təqsirləndirilən şəxs əvvəlcə mühafizəçiyə oğurluğu etiraf etdiyi üçün ifadələrində ziddiyyətlər yaranıb.
Dörd il davam edən prosesin yekununda İsveçrə Ali Məhkəməsi şikayəti rədd edib. Hakimlərin qərarında qeyd olunub ki, böyük maddi sərvətə sahib olmaq şəxsin oğurluq etmək niyyətini istisna etmir.
Yekun qərara əsasən, belçikalı milyonçuya təxminən 4850 avro məbləğində şərti cərimə kəsilib.
Baxış sayı:118
Bu xəbər 28 Noyabr 2026 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















