Süni intellekt kartsız və şifrəsiz ödəniş etdi İlk dəfə
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyada süni intellect köməkçisi bank kartından istifadə etmədən və parol paylaşmadan real yemək sifarişinin ödənişini həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, ölkədə ilk dəfə baş tutan bu sınaq insanların alış-veriş vərdişlərini dəyişəcək yeni dövrün başlanğıcı sayılır.
Maliyyə tənzimləyici orqanının nəzarəti altında bank və ödəniş texnologiyası şirkətinin birgə keçirdiyi testdə süni intellekt köməkçisi istifadəçinin təsdiqi ilə restoran şəbəkəsindən doqquz mini pizza sifariş edib.
Əməliyyat zamanı heç bir hesab nömrəsi və ya şifrə paylaşılmayıb, ödəniş birbaşa bank hesabları arasında və ciddi xərc limitləri daxilində icra olunub.
Mütəxəssislər bildirirlər ki, yaxın illərdə süni intellekt köməkçiləri istifadəçilər adından hədiyyələr seçə və büdcəni idarə edə biləcəklər. Bununla belə, prosesə nəzarətin istifadəçidə qalacağı və səhv sifariş hallarında istehlakçı hüquqlarının mövcud qanunlarla qorunacağı vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Noyabr 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















