Icma.az
close
up
RU
525ci qəzet İnsanın atmosferə təsiri: ekoloqların diqqət mərkəzindəki mühüm amil

525ci qəzet İnsanın atmosferə təsiri: ekoloqların diqqət mərkəzindəki mühüm amil

525.az saytına istinadən Icma.az xəbər verir.

Fabrik və zavodlardan çıxan çirkləndirici tullantılar lokal qar yağmasına da səbəb ola bilər. Estoniyanın Tartu Universitetinin alimləri belə qənaətə gəliblər. İqlimşünaslar peyk müşahidələrindən istifadə edərək, Şimali Amerika, Avropa və Asiyadakı sənaye sahələrindən külək istiqamətində fərqli buz buludları və azalmış buludluluq aşkarlayıblar. Tədqiqatçılar peyk və yerüstü radar məlumatlarını birləşdirərək buzun əmələ gəlməsindən qar yağmasına və iri sənaye sahələrinin yaxınlığında bulud örtüyünün azalmasına qədər fiziki prosesləri izləyiblər. Bulud damcıları -40°C-yə qədər maye olaraq qala bilər ki, bu da çox soyudulmuş su kimi məlumdur. Bunun səbəbi, bulud damcılarını sıfırdan -40°C-yə qədər olan temperaturda buza çevirmək üçün uyğun aerozol hissəciklərinə ehtiyac olmasıdır.

Tədqiqat göstərir ki, polad və sement zavodları, kömürlə işləyən elektrik stansiyaları və neft emalı zavodları kimi sənayelər həddindən artıq soyumuş maye buludların donmasına səbəb olan aerozol hissəcikləri buraxır və nəticədə qar yağır.

Alimlər qeyd ediblər ki, azaldılmış buludluluğun aşkar edilmiş şleyfləri yerli hadisələrdir və antropogen aerozolların daha böyük məkan miqyasında buludlarda buz əmələ gəlməsinə səbəb olub-olmaması qeyri-müəyyəndir.

Atmosfer biosferin və onun bütün canlı aləminin fəaliyyəti üçün əsas ətraf mühit amili sayılır. Şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar isə atmosfer havasının kəskin çirklənməsinə səbəb olur. Atmosfer havasının çirklənməsi ətraf təbii mühitə və insan sağlamlığına müxtəlif həyat təminatı sistemlərinin ləng və tədricən dağılmasına qədər təsir edir. İnsanın atmosferə təsiri məsələsi bütün dünya mütəxəssisləri və ekoloqlarının diqqət mərkəzindədir. Bir çox hallarda hava mühitinin çirklənməsi ekosistemin quruluş komponentlərini o dərəcədə pozur ki, nizamlayıcı proseslər onları ilkin vəziyyətinə qaytara bilmir və nəticədə homeostazın mexanizmi işləmir.

Atmosfer biosferin və onun bütün canlı aləminin fəaliyyəti üçün əsas ətraf mühit amili sayılır. Şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar isə atmosfer havasının kəskin çirklənməsinə səbəb olur. Atmosfer havasının çirklənməsi ətraf təbii mühitə və insan sağlamlığına müxtəlif həyat təminatı sistemlərinin ləng və tədricən dağılmasına qədər təsir edir. İnsanın atmosferə təsiri məsələsi bütün dünya mütəxəssisləri və ekoloqlarının diqqət mərkəzindədir. Bir çox hallarda hava mühitinin çirklənməsi ekosistemin quruluş komponentlərini o dərəcədə pozur ki, nizamlayıcı proseslər onları ilkin vəziyyətinə qaytara bilmir və nəticədə homeostazın mexanizmi işləmir.

Atmosferin çirklənmə səviyyəsi göstəricilərdə də öz əksini tapır. Çirkləndirici maddələrin təhlükə dərəcəsindən və konsentrasiyasından asılı olaraq dəyişən ümumi kompleks göstərici kimi atmosferin çirklənmə indeksindən (AÇİ) istifadə olunur. Konkret məntəqələrdə aparılan hesablamalar göstərir ki, çirkləndirici maddələrin miqdarı atmosferə hansı formada və hansı yollarla daxil olmasından asılı olaraq dəyişir. AÇİ adətən tullantıların ən yüksək orta illik göstəricisi üzrə hesablanılır. Şəhərlərdə havanın əsas çirklənmə mənbələri asılı maddələr, azot 2-oksid, benzapiren, formaldehid, fenol, karbon-sulfid və hidrogen ftoriddir.

Əldə olunan statistik məlumatlara görə, son on il ərzində atmosferin orta illik çirklənməsi təqribən 50 faizə qədər artıb. Sənaye məhsullarının istehsalı gündən günə artır ki, bu da metallurgiya, kimya, neft, qaz və kömür istehsalı sənayelərinin atmosferə atılan tullantılarının miqdarının artmasına gətirib çıxarır. Həmçinin qaz, kömür və mazutla işləyən istilik energetikasının tullantılarının həcmi də artıb.

İri şəhərlərdə havanın yüksək çirklənmə dərəcəsi qeydə alınıb. Bu da öz növbəsində ümumi ekoloji vəziyyətin gərgin olmasını təyin edir. Atmosferin ümumi çirklənməsi bütövlükdə iqlimin dəyişməsinə, "istixana effekti"nin yaranmasına, bu isə qlobal istiləşməyə gətirib çıxarır. Son illərin tədqiqatlarına əsasən, Azərbaycanın düzənlik rayonlarında havanın temperaturunun əhəmiyyətli dərəcədə dəyişməsi müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ətraf mühitin çirklənməsi bərk, maye və qazaoxşar tullantıların təbii mühitə: atmosferə, hidrosferə, torpağa atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması, səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsi deməkdir. Ətraf mühitin çirklənməsi çirklənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir.

Ekoloji cəhətdən xüsusi qorunan ərazilərin tərkibinə qoruqlar və milli parklar daxil edilib. Qoruqlar təbii kompleksin qorunub saxlanılması və onun istər qoruğun sərhədləri daxilində, istərsə də ondan kənardakı ekoloji şəraitlə müqayisə edilərək öyrənilməsi üçün coğrafi zonaların təsərrüfat istifadəsindən çıxarılmış nadir və ən tipik sahələridir. Çirkləndirilmiş sular çirkli istehsal və məişət (kommunal) sularını (şaxta, mədən, lay, drenaj suları da daxil edilməklə), habelə heç bir təmizləmə işi aparılmadan və ya lazımi dərəcədə (tam) təmizlənmədən təbii səthi su obyektlərinə daxil olan və tərkibindəki çirkləndirici maddələr icazə verilən normalardan çox olan yaylım tullantılarını özündə birləşdirir. Süzmə sahələrinə, təbii və ya süni toplayıcılara, yerli relyeflərə və s. daxil olan çirkabın həcmi, kollektor-drenaj sularının əsas hissəsi və leysan suları bu göstəriciyə daxil edilmir.

Zərərli maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Mütəşəkkil mənbələrə zərərli maddələri qaz və ya hava buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilyasiya şaxtaları və s.) vasitəsilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərli məhsulları tutub zərərsizləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutan qurğulardan istifadə edən qeyri-səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların hermetik olmaması, müxtəlif çənlərin, yükvurma-yükboşaltma sistemlərinin (məsələn, sement boşaltma yerlərinin) toz və qaztəmizləyici avadanlıqlarla təchiz edilməməsi nəticəsində havaya zərərli maddələr tullayan mənbələr qeyri-mütəşəkkil stasionar mənbələr hesab edilir. Yanan terrikonlar, tüstülənən laylar və s. həmçinin buraya aid edilir.

Havada bərk, maye və ya qaz halında olan yad maddələr insan sağlamlığına, yaşayış həyatına və üstəlik, bütün ekoloji tarazlığa zərər verəcək sıxlıqda olduqda baş verir. Hava təbəqəsi istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir və yer üzündəki bütün canlıların həyatı üçün ciddi təhlükə yaradır. Hava 78 faiz azot, 21 faiz oksigen və 1 faiz müxtəlif qazlardan və su buxarının tərkibindən ibarətdir. Atmosferin çirklənməsi o zaman baş verir ki, havada zərərli maddələr toplanıb bu tərkibi korlayır. Sürətlə artan əhali, yanlış urbanizasiya, pestisidlərdən istifadənin və istifadə olunan kimyəvi maddələrin görünən şəkildə artması dedikdə havanın çirklənməsinin səbəbdir. Nəqliyyat vasitələrinin işlənmiş qazlarından tutmuş zavod bacalarından çıxan tüstüyə qədər nəqliyyatda geniş spektr var.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, əgər 1970-1980-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib. 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib. Hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Çirkləndiricilər əsasən azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələrdir.

U.Tağıyevanın sözlərinə görə, nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar. Bu da onların atmosferdə daha tez yayılmasına və konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır. Belə müəssisələrin çoxu şəhərin kənarında yerləşir: "Nəqliyyatdan havaya atılan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqədə müşahidə olunur. Buna görə də insanlara mənfi təsir özünü daha qabarıq göstərir. İstilik effekti yaradan qazların karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür. Bütün bunları nəzərə alaraq şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühit yaratmaqla əhalinin marağını artırmağa ehtiyac var".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri