Icma.az
close
up
RU
525ci qəzet Qadınların təhsil alması milli inkişaf üçün mühüm amil

525ci qəzet Qadınların təhsil alması milli inkişaf üçün mühüm amil

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qızların savadlı, təhsilli, xüsusilə də alitəhsilli olması, bilikli, savadlı, intellektli bir fərd olaraq cəmiyyətdə mövqe tutması hər bir valideynin ən böyük arzusu olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Çünki nə olursa olsun, həyatın gözlənilməz sınaqlarına sinə gəlmək, öz ayaqları üzərində dayanmağı bacarması üçün qadının təhsilli olması vacibdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın sözlərinə görə, indi elə bir sahə, ixtisas yoxdur ki, qızlar ona maraq göstərməsinlər: "İllər öncə universitetimizdə qızların sayı cəmi 10 faiz idisə, indi 30 faizdir. Bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Bunu nəzərə alaraq deyə bilərəm ki, artıq bəzi ixtisaslarımızı təkcə "kişi ixtisasları" hesab etmək olmaz. Elə ixtisaslarımız var ki, orada təkcə oğlanlar yox, qızlar da təhsil alırlar. Zəmanə çox dəyişib və elə bir sahə yoxdur ki, qızlar ona maraq göstərməsin. Sovet dövründə universitetimizdə qızların sayı cəmi 15 faiz idisə, indi 30 faiz, bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Ona görə deyə bilərəm ki, artıq ixtisaslarımızı "kişi ixtisasları" hesab etmək doğru deyil. Qızların oğlan ixtisası sayılan sahələrə meyl göstərməsi bizi çox sevindirir. Fikrimcə, kişi ixtisası, qadın ixtisası deyilən bir şey yoxdur. İstənilən sahə üzrə peşəkar kadr həm oğlanlardan, həm də qızlardan yetişir. Qızların sayının artması universitetin xeyrinə ab-havanı dəyişib. Hətta bir qrupda qızların olması belə, oradakı mühitə təsirsiz ötüşməyib. Müşahidələrimiz və uzun illərin təcrübəsi göstərir ki, qızların təmsil olunduğu qrupda oğlanlar özünə qarşı daha diqqətli olurlar. Belə qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər. Universitetdə dərs deyən hər müəllim bunu təsdiq edə bilər. Qızların sayının artması hər cəhətdən müsbət prosesdir. Bu, sadəcə ab-havanın dəyişməsinə deyil, həm də təhsilin keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini vurğulamaq istərdim. İlk növbədə qızlar oğlanlara nisbətən daha çox oxuyur, daha səliqəli, daha məsuliyyətlidirlər, təhsilə daha həvəslidirlər. Bu da ilk növbədə universitetdə verilən təhsilin keyfiyyətində özünü göstərir. İkinci bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla birgə təhsil alan oğlanlar özünü daha yaxşı təqdim etməyə, daha ağıllı göstərməyə çalışdığından dərslərinə qarşı daha məsuliyyətli olurlar. Nəticədə onların da təhsil göstəriciləri yaxşılaşır və bu, təhsilin keyfiyyətində də özünü büruzə verir".

Milli inkişaf üçün qadınların təhsilli olmasını vacib sayan mütəxəssislər, bunun bir çox sahələrdə ciddi tərəqqiyə yol açdığını düşünürlər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova hesab edir ki, qadınların təhsilli olması erkən yaşda nikahların azalması deməkdir: "Qızların təhsilə cəlb edilməsi istiqamətində atılan addımların, stimullaşdırıcı tədbirlərin nəticələrini görmək arzuolunandır. Amma yenə də qızların təhsildən yayındırılması sahəsində görüləcək işlər çoxdur. Son bir neçə ildə ali məktəbə daxil olan qızların sayının artması mövcud problemin tamamilə aradan qalxması anlamına gəlib bizi arxayın salmamalıdır. Əgər qızların daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha sıx aparılmalıdır. Qızların təhsilə cəlb olunması üçün xüsusən də bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar. Qadının təhsilli olması və işləməsi özünü daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir. Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən yayındırılması, qız uşaqlarının ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir. Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı "problem"dir və ondan xilas olum. Halbuki erkən evliliklə bu "problem" bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır".

Millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə əsasən, təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və bu gün ölkədə savadsız qadın yoxdur: "Həmçinin 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbuatı yarandı. "İşıq" qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün, bütün ziyalı vətəndaşları səfərbər edib. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə, ilk qadın kino aktrisası İzzət xanım Orucova, ilk qadın heykəltaraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı Məhsəti Gəncəvi, ilk qadın oftalmoloq, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas alim Aida İmanquliyeva, ilk uşaq pediatrı Adilə Namazova və başqaları. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər".

Millət vəkili Zahid Oruc hesab edir ki, qızların yüksək səviyyədə təhsil almasına nail olmaq lazımdır. Çünki qız uşaqları gələcəyin analarıdır. Uşağın tərbiyəsində, elmə yiyələnməsində qadın çox önəmli rol oynadığı üçün onların savadlı, alitəhsilli olması vacibdir: "Əgər biz cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək istəyiriksə, gələcəyin anası olan qızların təhsilli olmasına çalışmalıyıq".

Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanları zamanı gender bərabərliyində dəyişikliklər müşahidə edilir. Belə ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çox olur.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəllər ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil ediblər. Lakin son 10 ildə bu tendensiya dəyişib. Artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb: "Fikrimcə, biz istənilən sahə üzrə nə qədər təhsilli, intellektli qadın yetişdirsək, bir o qədər sağlam cəmiyyət qura bilərik".

Təəssüf ki, bu gün qız övladlarının təhsil almasında maraqlı olmayan, onları ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tutan valideynlər var. Hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladları təhsil almaqdansa, erkən yaşda ailə qursa, yaxşıdır. Bu məqsədlə də onları məktəbdən, təhsildən uzaqlaşdırıb ailə qurdururlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, qızların erkən yaşda ərə verilməsinin baiskarı isə valideynlərdir: "Qız övladı 15, 16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı dərk etmir, dünyagörüşü tam formalaşmayıb. Valideynlər anlamalıdırlar ki, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün qadının təhsilli olması vacib şərtlərdəndir. Bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see151

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see145

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see139

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see130

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see124

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see118

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see117

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see111

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see111

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri