Icma.az
close
up
RU
525ci qəzet İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib

525ci qəzet İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulda I Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda nazirlər sessiyası keçirilib. Energetika naziri Pərviz Şahbazov sessiyada çıxış edib.

Nazir çıxışında artan enerji tələbatını qarşılamaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb. Bu kontekstdə, Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunduğu, dekabr ayından etibarən isə qazla təchiz edilən ölkələrin 12-yə çatacağı, hazırda bu enerji əməkdaşlığının bərpaolunan enerji ilə genişləndiyi qeyd edilib.

COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal yaşıl enerji keçidini sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərin Azərbaycanın bərpaolunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslandığı bildirilib. Pərviz Şahbazov bildirib ki, bərpaolunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı yaşıl enerji layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkanı yaranır.

Energetika naziri bərpaolunan enerjinin inkişafına dair beynəlxalq proqramın bir neçə yaşıl enerji dəhlizi layihəsindən ibarət olduğu da deyib. “Azərbaycan-Türkiyə-Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyini diqqətə çatdırıb: “Bu gün Bolqarıstanın təşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya yaşıl enerjinin tədarükü imkanlarını da müzakirə etdik. Bütün bu interkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm də qlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan, Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviya nümayəndələri də iştirak edib. (AZƏRTAC)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri