Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

525ci qəzet Kamal Abdullanın Casusu: gizli və aşkar cəhətlər

525ci qəzet Kamal Abdullanın Casusu: gizli və aşkar cəhətlər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəhra HƏŞİMOVA

Postmodernizm, müasir ədəbiyyatda və sənətdə bir çox yeni yönümləri önə çəkir. Bu cərəyan, ənənəvi narrativ strukturların pozulması, ironik yanaşmalar, qeyri-xətti hekayə tərzi kimi elementlərlə xarakterizə olunur. Azərbaycan ədəbiyyatına postmodernist əsərləri ilə böyük töhfələr vermiş Kamal Abdullanın "Casus" pyesi də bu aspektləri özündə cəmləşdirir. "Casus" əsəri Azərbaycan teatrında postmodernizmin maraqlı nümunələrindən biridir. Bu pyes, yalnız adi bir dramaturgiya əsəri olmaqla qalmayıb, həm də müasir dövrün çağırışlarına cavab verən, sosial və siyasi məsələləri irdələyən bir əsərdir.

"Casus" pyesi müəllifin "Yarımçıq əlyazma" romanı ilə əlaqəli bir parçadır. Romanda bu mövzuya toxunulur, lakin bir çox fərqliliklər var. Mütləq pis və ya mütləq yaxşının baxış bucaqlarını dəyişən müəllif "Kitabi-Dədə Qorqud" dastanının məhdud dairəsini "Yarımçıq əlyazma" romanı ilə genişləndirməklə qalmayıb, bu pyes ilə qaranlıq nöqtələri bir növ tamamlayıb. "Casus" pyesi, insan təbiətinin mürəkkəbliyini və ziddiyyətlərini əks etdirir. Personajlar, eyni zamanda həm yaxşı, həm də pis xüsusiyyətlərə malikdirlər. Onların hərəkətləri, həm əxlaqi, həm də psixoloji amillərlə müəyyən olunur. 

Postmodernizmin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlardan biri də xaos və kosmos (zamansızlıq və məkansızlıq) ahəngidir. Kamal Abdullanın "Casus" pyesində narrativ struktur toxuması, qeyri-xətti bir düzən nümayiş etdirir. Sitatlar, monoloqlar və dialoqlar arasında sıçrayışlar edərək, hekayənin müxtəlif zaman dilimlərində baş verməsi postmodern yanaşmanın bir tərkib hissəsidir. Əsərin təhlili zamanı bu nüansların varlığını belə göstərə bilərik: Casusun varlığı ehtimalı yaranan zaman Qazan xan Dədə Qorqudu çağırmaq istədikdə məlum olur ki, heç kim onun harada olduğunu bilmir. Dədə Qorqud istədiyi zaman gələr sözünü deyir və gedir, sanki zaman və məkanları aşaraq paralelləşir.

"Yarımçıq əlyazma"da Dədə Qorqud Nur daşı adlanan məkanda qısa ölümə, yəni yuxuya dalıb o anda bəylərin məclisində, daha sonra isə fərqli yerlərdə peyda olursa, "Casus" pyesində o, tükün alova atılması nəticəsində zühur edir. Bu onu göstərir ki, romanda Dədə Qorqudun peyda olmasında vasitəçilik edən məkan var idisə, pyesdə məkansızlıq hökm sürür. Yuxu burada bir məkandan digər məkana - xaosdan kosmosa keçidi təmsil edir. Bundan başqa, pyesdəki zamansızlığı başqa səhnələrdə də görə bilərik - Dədə Qorqud Qazan xana sözünü dedikdən sonra yoxa çıxır. Hara yox olur o? Yenə də bir zamansızlıq-məkansızlıq arasında keçid görünür. Boğazca Fatmanın evində Dədə Qorqudun bir anda peyda olmasını da zamansızlığın digər bir əlaməti olaraq qəbul edə bilərik.

"Məkansızlıq" anlayışı postmodernizmdə xaosdan kosmosa keçidi təmsil edir. Bu zaman niyə kosmosdan xaosa, yəni düzəndən düzənsizliyə deyil, məhz xaosun - düzənsizliyin özündən başladığımız sual doğura bilər. Qədim mifoloji mətnlərimizdən xatırlaya bilərik ki, Qara xanın dünyanı və insanı yaratması bir "heç"in, yəni xaosun üzərində olub. Düzənsizliyin üzərinə göllər, dağlar, ağaclar və sair inşa edilib. Həmin xaos məkanı "Casus" pyesində Oğuz elinin özüdür.

Pyesdə keçmiş bir hadisəyə dəfələrlə qayıtmaq - retrospeksiya üsulundan da məharətlə istifadə edilib. Bunu əsərdə Boğazca Fatmanın bəylər və Dədə Qorqud ilə danışarkən 25 illik keçmiş sirlərinə qayıtmasında, həmçinin bəylərin Casus haqqında danışarkən keçmişdə baş verən hadisələrə toxunmalarında, məsələn, Bəkilin atdan düşüb ayağını sındırmağı və başqa hadisələrdə görə bilirik. Postmodernizmin ən əsas özəlliklərindən biri fikir hüdudsuzluğunun olmasıdır. Fikir hüdudsuzluğu nədir? Postmodernist əsərlərdə sonluq yoxdur və oxucu istənilən vəziyyətə uzada bilər. Casus pyesindən irəli gələrək belə deyə bilərik ki, əsərdə bir casus var, amma biz dəqiq olaraq o casusun Boğazca Fatmanın oğlu olduğunu bilmədik, sadəcə bir təxminlərdən yola çıxaraq belə nəticəyə gəldik. Əsərin sonunda ana və oğul başqa diyara gedir, lakin bu əsərin sonu demək deyildi. Biz əsərin sonunda casusun kim oluduğunu dəqiq şəkildə bilə bilmirik. Bu, postmodernist əsərin süjetsizliyidir. Pyesdə, bir neçə narrativin iç-içə keçməsi, postmodernizmin diqqət çəkən cəhətlərindəndir.

Əsəri oxuduqdan sonra müxtəlif təxminlər irəli sürərək, baş verənləri təhlil edərək Casus haqqında bir çox fikir söyləmək olar:

Əvvəla, əslində Casusun heç var olmaması düşüncəsi ortaya çıxır. Sonluğun tamamlanmaması casusun kimliyi ilə bağlı bizə əsər ətrafında dövrə vurmağa vadar edir. Pyesdə obraz olaraq görünməsə də, "Yarımçıq əlyazma" romanında xüsusilə vurğulanan məqam var ki, araşdırma aparan Bayandur xan Casusun cəza alıb-almaması ilə maraqlanmır. Belə qənaətə gəlmək olar ki, Oğuz bəylərinin bir-birləri haqqında düşüncələrini dinləyən Bayandur xan məhz obasındakı xaosun nədən qaynaqlandığını casusun kimliyini araşdırmaq bəhanəsi ilə edir.

İkincisi, Casusun elə Dədə Qorqudun özünün olması düşüncəsidir. Romanın əvvəlində Bayandur xanın dediklərini yazıya həkk edən Qorqud əsər boyu narahatdır və məhz onun bəylər haqqında dediklərindən sonra Xanları xanı Bayandur xan onları öz yanına çağırıb Casusun kimliyini araşdırır. Bu narahatlıq pyesdə də davam edir. Boğazca Fatmanın oğlunun Casus olduğunu desə də, onun nə cəza alması ilə maraqlanır, hətta Boğazca Fatmaya oğlunu zindandan qurtarması üçün məsləhət də verir. Boğazca Fatmanın 25 illik sirrini faş etməsini istəmir və sonda uğurlu olur.

Digər düşüncə isə Casusun Qazan xanın və ya həyat yoldaşı Burla Xatunun olmasıdır. Əsərdə Aruz haqqında, xüsusilə bu iki obraz tərəfindən paxıl olması vurğulanır, hətta Casus ola biləcəyi belə deyilir. Lakin əsərdən çıxış edərək, fərqli prizmalardan yanaşmanın hakim olduğu postmodernizmə əsaslanaraq deyə də bilərik ki, bəlkə paxıl və pis niyyətli olan elə Qazan xanın özüdür? 

Beyrəyin casus olması düşüncəsi də kənara qoyula bilməz. Müəllifin "Miftən yazıya və ya Gizli Dədə Qorqud" kitabını da nəzərə alsaq, onun pyes və romanında bizim bildiyimiz Beyrək tamamilə fərqli şəkildə göstərilib. Kamal Abdullaya görə, Beyrək ona ad qoyulmazdan əvvəl özü bir plan hazırlayıb bəzirganları bir neçə nəfərin əlindən qurtarır və buna görə də Dədə Qorqud ona Beyrək adını qoyur. Yəni ki, yazıçı bizi Beyrəyə tamam fərqli rakursdan baxmağa vadar edir. Pyesin əvvəlində Beyrək, Oğuz elində Casus olduğunu hələ Bayburt hasarında ikən Təkvurun qızından eşitdiyini bildirir. Dastanda da əsirlikdən qaçması haqqında ətraflı məlumatın verilmədiyi Beyrəyin dediklərinə şübhə doğurur. Bəlkə casus elə Beyrəkdi?

Postmodernist əsərlərin sonluğu da onu oxuyanların fikirləri kimi ucsuz-bucaqsızdır. "Belə təxminlərdən biri də Boğazca Fatmanın oğlunun atası kimdir?" sualına cavab əsasında formalaşır. Pyesin sonunda bunu da öyrənə bilmirik, lakin əsər içərisində yozumlardan yola çıxaraq onun atasının məhz elə Dədə Qorqud olduğunu təxmin etmək də mümkündür. Çünki Boğazca Fatma 25 il gizlətdiyi sirri faş edəcəyini ona deyəndə Dədə Qorqudun bu sirri bildiyi də vurğulanır. Dədə Qorqud casusun kim olduğunu Qazan xana deyəndən sonra belə, ona nə cəza verəcəklərini öyrənməyə çalışır və bədbəxtə nə cəza veriləcəyini təkidlə bilmək istəyir. Qazan xan isə onun Boğazca Fatmanın oğluna niyə bədbəxt dediyini öyrənmək istəsə də, Dədə Qorqud cavabında "bədbəxtdi o" deyir və hətta cəzanın nə oluğunu öyrənəndən sonra da Boğazca Fatmanın yanına gedib ona çarə göstərir. Lakin pyes boyu Dədə Qorqudun bu çabalarının və narahatlıqlarının səbəbini öyrənmirik. Bu zaman isə oxucuda Boğazca Fatmanın oğlunun məhz Qorqudun özündən olması fikrini tam istisna etmək mümkünsüzləşir.

Aristotelin də mükahizələrində gördüyümüz, dünyanın zidd və eyni zamanda bir-biri ilə vəhdət təşkil edən iki qütb - yer və göy, pis və yaxşı, yalan və doğru, ağlar və qaralardan ibarət olması insanda ikiləşmə prosesinin təməlini təşkil edir. Bu konsepsiyanın təməli qədim miflərimizdən bu günə qədər ədəbiyyatda öz aktuallığını qoruyub. Lütfi Zadə isə bunun tamam əksini deyərək, əks qütblərdə sadəcə ağlar və qaraların olmadığını, ağ və qara arasında sonsuz rəng çalarlarının mövcudluğu müdafiə etmişdi. Kamal Abdulla bu düşüncəni postmodern əsərlərində çoxvariantlı yozum aspektində ortaya çıxardı. Bu fikirlərə əsaslansaq, "Kitabi-Dədə Qorqud"da mənfi qəhrəmana rast gəlmirik. Dastanın qəhrəmanları dar gündə bir-birinin harayına yetən, sadiq, el-obasını düşünən insanlardır. Kamal Abdulla isə öz əsərində həmin obrazları dekonstruksiya edərək onların Oğuz cəmiyyətində digərlərinə qarşı münasibətinin fərqli tərəflərini göstərir. Məsələn, dastanda Dədə Qorqud ulu bir sima kimi göstərilir, o gələcəyi görən, əl qaldıranın quruyub qaldığı ülvi şəxsdir. Biz dastanın müqəddiməsində Dədə Qorqudun ad qoyması, öncədən nələrisə bilməsi haqqında məlumat əldə etsək də, bu vəziyyətin arxa planını, bu möcüzəvi halların səbəbini öyrənə bilmirik. Kamal Abdulla, "Yarımçıq əlyazma" romanında və "Casus" pyesində səbəbləri göz önünə sərir. Dədə Qorqud hər hansısa bir bilinməyəni Nur daşının önündə kiçik ölümə dalaraq yuxusunda görür və bilirdi. Ona qeybdən vəhy gəlmirdi. Kamal Abdulla bununla bizə ideal saydığımız cəhətlərə başqa pəncərədən baxmağı göstərmişdir. Oğuz cəmiyyəti bir casus xəbəri ilə bir-birləri haqqında danışa biləcək, ev yağmalatmasında səbəb olacağı nifaqın fərqinə vararaq hərəkət edən Xana sahib bir cəmiyyətdir.

"Kitabi-Dədə Qorqud"dakı Qazan xan obrazı ilə Kamal Abdullanın əsərlərində göstərdiyi Qazan xan bir-birindən fərqlənir. Belə ki, "Casus" pyesinin əvvəlində Qazan xan və Şir Şəmsəddin söhbət edərkən Qazan xan evini yağmalatmaq istədiyini və bunu Dış Oğuz elinə demədiyini vurğulayır. Beyrək isə daha sonra bunun yaxşı fikir olmadığını və Dış Oğuzla əlaqələri daha da pis hala salacağını desə də, cavabında Qazan xan sadəcə onları sınamağa çalışdığını bildirir. Biz bunu Qazan xanın "nifaq toxumu əkməsi" şəklində də dəyərləndirə bilərik. "Kitabi-Dədə Qorqud" dastanında cəsur, öz əməyi ilə ad qazandığı göstərilən Beyrək, "Yarımçıq əlyazma" romanı və "Mifdən yazıya və ya Gizli Dədə Qorqud" kitabında əks xarakterli qəhrəman kimi təsvir olunur. Müəllifə görə, Beyrəyin əsas səhvi onu qurtaran kafir qızı ilə evlənəcəyinə söz versə də, öz sözündə durmamasıdır. Kamal Abdulla Beyrəyin ölümündə də əsas səbəb olaraq bunu qəbul edir ki, mif sözü unutmur. Söz müqqəddəsdir və Beyrək sözünü unutduğu üçün öldürüldü, mifdən yazıya keçidin qəhrəmanı kimi cəzasını çəkdi. Postmodernizmin ilkin xüsusiyyətlərindən biri oyun içərisində bir sıra həyat hekayələrinin, sirlərin açılmağıdı. Biz bunu "Casus" pyesində də müşayiət edirik. Məsələn, Dədə Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən Qazanın, sonra Aruzun evində peyda olması, İç Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən nəhayət, Boğazca Fatmanı evinə qaytarmağı bizə bunların hamısının oyun üzərində qurulduğunu göstərir.

Yekun olaraq bunu da qeyd edək ki, Kamal Abdulla "Casus" pyesində mifologiyanı müasir insanın iç dünyasını anlamaq və cəmiyyətin mənəvi dilemmalarını araşdırmaq üçün bir vasitə kimi istifadə edir. Bu pyes, mifoloji elementlərin yerinə yetirdiyi funksiyanı dərin düşüncə, simvolizm və emosional zənginliklə birləşdirərək, izləyicilərə yeni perspektivlər açır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri