Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

525ci qəzet Mədəniyyətin ekoloji maarifləndirmədə rolu

525ci qəzet Mədəniyyətin ekoloji maarifləndirmədə rolu

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şəhla NAĞIYEVA
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

Azərbaycanın COP29 kimi tarixə düşən beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etdiyi günlərdən bizi bir həftədən bir qədər çox vaxt ayırır. Amma bu böyük tədbirdən qalan xatirələr, onun Azərbaycan cəmiyyətinə təsiri hələ uzun müddət müzakirə predmeti olacaq.

Mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının rəhbəri kimi COP29-un həm "Yaşıl zona"sında, həm də "Mavi zona"sında təşkil olunan tədbirlərə qatılmaq, çıxış etmək, müzakirələr zamanı rəy bildirmək, doğrudan da, maraqlı və qürurverici idi. Bu dinamik məkanlarda gedən müzakirələr, həmfikirlərlə, habelə müxtəlif ölkələri təmsil edən təşkilat rəhbərləri ilə əlaqə qurmaq, mədəniyyətin dili ilə gənc nəslin ekoloji biliklərinin artırılmasına xidmət edən layihələrimiz ətrafında fikir mübadiləsi aparmaq sözün əsl mənasında beynəlxalq əməkdaşlıq təcrübəsi idi.

COP29 iqlim dəyişikliklərindən narahatlıq keçirən insanları dünyanın hər yerindən Bakıya toplamışdı. İnsanlar bu tədbirdə müxtəlif dillərdə danışsalar da, əsas ünsiyyət mövzusu ana təbiətin qorunması idi.

Bu qlobal problemin həllində isə yalnız dövlət orqanlarının fəaliyyətinə arxalanmaq kifayət etmir. Vətəndaş cəmiyyəti fəallarının, bəşəriyyətin sabahına biganə olmayan hər kəsin bu işə öz töhfəsini verməsi indi daha vacibdir. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən paytaxtımıza təşrif buyuran qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ünsiyyət, iqlim dəyişikliyi ətrafında müzakirə və diskussiyalar, şübhəsiz, fəaliyyətimizə öz təsirini göstərəcək.

Görüş və müzakirələr zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iqlim dəyişikliyinə, bu problemin aradan qaldırılmasına orijinal baxışını görməmək mümkünsüz idi. Vətəndaş cəmiyyətinin nümayəndələri rənglərin, musiqinin dili ilə ətraf mühitin qorunması üçün nələr edə biləcəklərindən danışırdılar. Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə yalnız texniki tədbirlər kifayət eləmir, həm də dəyərlərin və baxışların kökündən dəyişməsi zərurətini ortaya çıxarır ki, bu işdə də mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir.

Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən təşkilatların COP29-da xüsusi fəallıq göstərməsi təsadüfi deyildi. Azərbaycan Milli QHT Forumunun "Yaşıl zona"da yerləşən pavilyonu, sözün əsl mənasında, maraqlı görüş və tədbirlər məkanına çevrilmişdi. Burada ekoloji fəaliyyətin mədəni irslə əlaqələndirilməsi üzrə innovativ yanaşmalar nümayiş olundu, incəsənət sərgiləri, müxtəlif maarifləndirici təşəbbüslər təqdim edildi. Pavilyon nəinki beynəlxalq tərəfdaşların Azərbaycan təşəbbüsləri ilə tanışlıq nöqtəsi, həm də vətəndaş cəmiyyəti fəallarının diskussiya meydanına çevrildi.

Bu məkanda bizim təşkilatın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ingilis dilində alt yazılarla istehsal etdiyi "Malayziyadan görünən Şuşa" sənədli filmi də təqdim olundu. Əsrarəngiz gözəlliyi və ekoloji baxımdan təmiz təbiəti ilə seçilən Şuşamız haqqında film tədbir iştirakçılarında böyük maraq oyatdı.

"Yaşıl zona"dakı canlı ünsiyyətdən "Mavi zona"dakı maraqlı fikir mübadilələrinə qədər COP29 mədəniyyət liderlərinin qlobal iqlim dialoqundakı əhəmiyyətli rolunu bir daha təsdiqlədi.

Dünya əhəmiyyətli COP29-a milli-mədəni dəyərlərimizə uyğun ev sahibliyi edən bir ölkənin vətəndaşı kimi əmin olduq ki, aldığımız dərslər və əməkdaşlıq əlaqələri iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində, daha yaşıl və davamlı bir dünya uğrunda gələcək fəaliyyətimizin düzgün istiqamətləndirilməsinə imkan yaradacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri