Icma.az
close
up
RU
525ci qəzet Media savadlılığı orta məktəblərin tədris proqramına salına bilərmi?

525ci qəzet Media savadlılığı orta məktəblərin tədris proqramına salına bilərmi?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Media savadlılığı məsələsi təkcə ali məktəblərdə jurnalistika üzrə təhsil alan tələbələrin yox, vəzifəsindən və yiyələndəyi ixtisasdan asılı olmayaraq hər kəsin bilməsi zəruri mövzulardandır. Texnoloji inqilabdan dolayı cəmiyyətin bir fərdi kimi hər birimiz hər gün informasiya axını ilə üz-üzə qalırıq. Məlumatların doğru və ya yanlış olduğunu bilmədən asanlıqla fikir yürüdür, hətta bəzən media və sosial şəbəkələr üzərindən bilmədiyimiz faktlardan dolayı mübahisələrə belə qoşuluruq. Fövqəladə hallar zamanı isə belə situasiyalarla qarşılaşmaq həyati təhlükələrə hətta gətirib çıxara bilir. Vətəndaşın ötürülən bu mesajların düzgün olub-olmadığını analiz edərək süzgəcdən keçirib faktlarla əsaslandırması media savadlılığının əsas şərtlərindən sayılır. Demokratiya, vətəndaşlıq şüuru və siyasi iştirakı təşviq etmək, irqi ayrı-seçkiliyi və gender bərabərsizliyini minimuma endirmək, narkotik istifadəsinin, şiddətin, zorakılığın qarşısını almaq, təhsil səviyyəsini yaxşılaşdırmaq, qadağalardan daha çox bilgiləndirmək kimi vəzifələri olan media savadlılığı hər bir vətəndaşın həyatında xüsusi rol oynayır. Bəs bu gün Azərbaycanda media savadlılığı ilə bağlı tədrisin səviyyəsi qənaətbəxşdirmi?

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyevanın sözlərinə görə, Azərbaycanda media savadlılığı anlayışının daha geniş yayılması və ictimai şüur səviyyəsinə qalxması üçün ibtidai və orta təhsil proqramlarına bu mövzunun daxil edilməsi çox əhəmiyyətlidir: "Azərbaycanda universitetlərdə media savadlılığı üzrə dərslər keçirilir, seminarlar və maarifləndirici tədbirlər təşkil olunur. Lakin bu təşəbbüslər hələ geniş kütlələrə çatmaqda kifayət qədər effektiv deyil. Azərbaycanda media savadlılığı anlayışının daha geniş yayılması və ictimai şüur səviyyəsinə qalxması üçün ibtidai və orta təhsil proqramlarına bu mövzunun daxil edilməsi çox əhəmiyyətlidir. Erkən yaşlardan media savadlılığı bacarıqlarını mənimsəyən uşaqlar müxtəlif media məzmunlarına tənqidi yanaşaraq daha şüurlu fərdlər kimi yetişəcəklər. Bu təhsilin effektiv olması üçün müəllimlərin media savadlılığı mövzusunda xüsusi təlim alması və fəal şəkildə bu tədris prosesində iştirak etməsi vacibdir. Bununla yanaşı, ailələrin də media savadlılığı prosesinə cəlb edilməsi ilə cəmiyyət miqyasında daha şüurlu və tənqidi bir media istehlakı təşviq edilə bilər".

K.Niftəliyevanın fikrincə, Azərbaycanda media savadlılığının genişlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatması üçün təhsil siyasəti yenidən nəzərdən keçirilməlidir. Media savadlılığını yalnız istehlakçı təhsili kimi görmək onun əhatəsini məhdudlaşdırmaqdır: "Media savadlılığı, cəmiyyətin və jurnalistlərin media ilə münasibətlərini şüurlu və tənqidi bir düşüncə səviyyəsində yenidən formalaşdıran mühüm bacarıqlar toplusudur. Media savadlılığı cəmiyyətin mediada qarşılaşılan məzmunların doğruluğunu sorğulamaq, müxtəlif mənbələrdən gələn məlumatlara tənqidi yanaşmaq və manipulyativ mesajlara qarşı şüurlu mövqe sərgiləmək bacarığını inkişaf etdirir. Media savadlılığına malik cəmiyyət yanıltıcı və ya sensasiya məqsədli məzmunlara qarşı daha dayanıqlı olur. Bu bacarıq fərdlərin özlərini sərbəst ifadə etmə hüququnu istifadə etmələrini və ictimai həyata daha məlumatlı bir şəkildə qatılmalarını dəstəkləyir. Jurnalistlər üçün isə media savadlılığı yalnız məlumatı əldə etmə və qiymətləndirmə bacarığı deyil, həm də güclü bir etik mövqe nümayişidir".

Media savadlılığının sadalanan vəzifələrin öhdəsindən tam şəkildə gəlib-gəlməməsinə gəlincə, ekspertin fikrincə, media savadlılığının əsas məqsədi fərdlərin media mühitində daha şüurlu və tənqidi düşünən iştirakçıya çevrilməsini təmin etməkdir: "Fərdlər media məzmunlarını yalnız istehlak etmir, eyni zamanda bu məzmunları dəyərləndirərək obyektivliyini, doğruluğunu və məqsədini təhlil edirlər. Media savadlılığı, fərdlərin demokratiya və vətəndaş şüuru ilə bağlı daha şüurlu davranmasını təşviq edir. Bu bacarıq fərdlərin manipulyasiya edilmiş və təhrif olunmuş məlumatlara qarşı daha diqqətli olmasını təmin edir, demokratik hüquqlarını qorumağa və siyasi proseslərdə daha məlumatlı şəkildə iştirak etməyə imkan verir. Media savadlılığı həm də cəmiyyətdəki sosial ədalətsizliklərə, xüsusilə irqi və gender bərabərsizliyinə qarşı mübarizə aparmaqda mühüm rol oynayır. Fərdlər mediada bu mövzularda təqdim olunan təsvirləri tənqidi şəkildə təhlil etməyi öyrənir və bu təsvirlərin nə dərəcədə obyektiv olduğunu anlamalarına kömək edir. Cəmiyyətdə həm də ictimai-siyasi iştirakı təşviq edən media savadlılığı fərdlərin sosial və siyasi proseslərdə daha fəal iştirakını təmin edir. Media savadlılığının əsas məqsədləri cəmiyyətdə demokratiyanın gücləndirilməsi, irqi və gender bərabərsizliyinin azaldılması, sosial problemlərə qarşı mübarizə aparmaq, təhsil səviyyəsinin yüksəldilməsi və fərdlərin ictimai-siyasi iştirakını artırmaqdır. Bu məqsədlər bir-biri ilə sıx bağlıdır və hamısı birlikdə cəmiyyətdə daha məlumatlı, tənqidi düşünən və məsuliyyətli fərdlərdən ibarət güclü bir cəmiyyət qurulmasına xidmət göstərir".

Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, media savadlılığı insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir: "Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. Bildiyiniz kimi, "Media haqqında" qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdır.

Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Lakin ümumilikdə media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyillidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

Media savadlılığının tədrisinin orta məktəblərin yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu istiqamətdə müsbətə doğru ciddi dönüş yarada bilər. Xatırlatmaq istərdim ki, bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini öyrənməkdə fayda var".

V.Zifəroğlu daha sonra qeyd edib ki, media savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır. İnformasiya savadlılığı jurnalistlərin informasiya ilə işləmək qabiliyyətini, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir və müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək, effektiv istifadə etmək bacarığıdır. İnformasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır".

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri