Icma.az
close
up
RU
Orta məktəblərdə “Media savadlılığı” niyə tədris olunmur? AÇIQLAMA

Orta məktəblərdə “Media savadlılığı” niyə tədris olunmur? AÇIQLAMA

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Media savadlılığı" insanların mediadan aldığı məlumatları tənqidi şəkildə qiymətləndirmək, düzgün anlamaq, analiz etmək və etik şəkildə istifadə etmək bacarığıdır. Bir çox ölkələrdə "Media savadlılığı" orta məktəblərdə fənn kimi tədris olunur.

Azərbaycanın orta məktəblərində də "Media savadlılığı" fənninin tədrisinə ehtiyac varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, “Media savadlılığı” fənninin bir çox ölkələrin orta məktəblərində tədris olunması, informasiya dövründə şagirdlərin tənqidi düşüncə və məlumatı dərk etmə bacarıqlarını inkişaf etdirmək üçün atılan vacib addımlardan biridir. Orta məktəb səviyyəsində bu fənnin olmaması təhsil sistemində ciddi bir boşluq yaradır və gənclərin informasiya mühitində şüurlu şəkildə hərəkət etməsi üçün tələb olunan əsas bacarıqları mənimsəmələrinə mane olur:

“Media savadlılığı” fənni şagirdlərə media məzmununu düzgün dərk etmək, qiymətləndirmək və informasiya mənbələrini tənqidi analiz etmək bacarıqlarını aşılayır. Müasir dövrdə media yalnız informasiya çatdırmır, eyni zamanda ictimai rəyin formalaşmasında, qərarların verilməsində və sosial davranışların istiqamətləndirilməsində mühüm rol oynayır. Media platformalarının sürətlə inkişaf etdiyi və məlumat bolluğu yaşandığı bir dövrdə insanlar yanlış, manipulyativ və ya saxta məlumatlarla üzləşir. Bu xüsusilə sosial şəbəkələrin dominant olduğu cəmiyyətlərdə daha qabarıq görünür. Məhz bu səbəbdən “Media savadlılığı” fənni şagirdlərə aşağıdakı bacarıqları qazandırır:

Tənqidi düşüncə: Şagirdlər verilən informasiyanı kor-koranə qəbul etmədən, onu müxtəlif aspektlərdən dəyərləndirməyi və mənbənin etibarlılığını yoxlamağı öyrənir.
Saxta məlumatlardan qorunmaq: Media savadlılığı şagirdlərin “feyk xəbərlər”, manipulyasiya edilmiş görüntü və məlumatlara qarşı daha ayıq-sayıq olmasını təmin edir.
Şəxsi rəyi formalaşdırmaq: Şagirdlər media vasitəsilə onlara ötürülən fikirləri qəbul etməzdən əvvəl məntiqi və faktlara əsaslanan şəkildə öz fikirlərini formalaşdırmağı öyrənir.
Texnologiya və informasiya ilə düzgün ünsiyyət: Şagirdlər rəqəmsal alətlərdən və informasiyadan məqsədyönlü istifadə etməyi öyrənir, bu da onların təhsil və gələcək peşəkar həyatında üstünlük qazanmalarına şərait yaradır".

Ekspert qeyd edib ki, dünya təcrübəsinə baxsaq, “Media savadlılığı” artıq bir çox ölkələrdə orta məktəb tədrisinin ayrılmaz bir hissəsinə çevrilib. K.Əsədov bildirib ki, Finlandiya, İsveç və Niderland kimi ölkələrdə media savadlılığı proqramları məktəblərdə məcburi şəkildə tədris olunur:

“Məsələn, Finlandiyada bu fənn uşaqlara erkən yaşlardan tənqidi düşüncə və informasiya dəyərləndirmə bacarığı qazandırmaq məqsədi daşıyır. ABŞ-də isə bir çox ştatların məktəblərində media savadlılığı dərsləri xüsusi layihələr və təhsil standartları çərçivəsində tətbiq olunur”.

Onun sözlərinə görə, bu ölkələrdə keçirilən araşdırmalar göstərir ki, media savadlılığı təhsili alan şagirdlər sosial mediada və internetdə yayılan yanlış məlumatları daha tez müəyyən edir və daha məlumatlı qərarlar qəbul edirlər:

"Son illər Azərbaycanda sosial media platformalarının istifadəsi xeyli artıb. Statistika göstərir ki, ölkə əhalisinin 79%-i sosial şəbəkələrdən istifadə edir. Bu platformalarda yayılan məlumatların böyük bir qismi dəqiq mənbələrə əsaslanmır və bəzən manipulyasiya məqsədilə hazırlanır. Bu halda, xüsusilə yeniyetmələr və gənclər arasında saxta məlumatlara inanma, radikal və ya təhlükəli kontentlərə məruz qalma ehtimalı daha yüksəkdir. Məhz bu səbəbdən orta məktəb təhsilində media savadlılığı fənninin tədris olunması vacibdir".

K.Əsədova görə, eyni zamanda, Azərbaycanda şagirdlərin tənqidi düşüncə və informasiya emalı bacarıqları təhsil sistemində kifayət qədər inkişaf etdirilmir. Orta məktəb proqramında bu bacarıqları dəstəkləyən dərslər və fəaliyyətlər çox azdır. Mövcud tədris proqramlarında şagirdlər əsasən nəzəri biliklər öyrənir, lakin onları müasir informasiya cəmiyyətinin çağırışlarına hazırlayacaq fənlər və metodlar yoxdur. “Media savadlılığı” fənni isə bu boşluğu dolduraraq şagirdlərin müasir dünyada rəqabətədavamlı fərd kimi yetişməsinə töhfə verə bilər:

"“Media savadlılığı” fənninin orta məktəblərdə tədris olunmamasının əsas səbəblərindən biri bu sahədə maarifləndirmə və strategiyanın olmamasıdır. Təhsil proqramlarının yenilənməsi prosesi çox vaxt klassik və ənənəvi yanaşmalar üzərində qurulur. Media savadlılığı isə nisbətən yeni anlayışdır və bu fənnin tədrisi üçün həm xüsusi proqramlar, həm də müəllim hazırlığı tələb olunur. Müasir dövrün tələblərinə cavab vermək üçün təhsil proqramına belə bir yeniliyin daxil edilməsi zəruridir".

Kamran Əsədov: “Media savadlılığı” fənninin tədris olunmamasının əsas səbəblərindən biri...

Müsahibimiz bildirib ki, bu fənnin tədrisi üçün pedaqoji heyətin də hazır olması əsas amillərdən biridir. Hazırda təhsil sistemində media savadlılığı üzrə ixtisaslaşmış müəllimlərin sayı çox azdır və bu sahədə peşəkar təlimlərə ciddi ehtiyac var. Eyni zamanda, fənnin kurikuluma daxil edilməsi üçün təhsil siyasətində prioritetlərin müəyyənləşdirilməsi və müasir çağırışlara uyğun adaptasiya lazımdır:

"“Media savadlılığı” fənninin orta məktəblərdə tədris olunması Azərbaycanda təhsil və cəmiyyət üçün zəruridir. İnformasiya və rəqəmsallaşma əsrində gənclərin saxta məlumatlardan qorunması, tənqidi düşüncə bacarığının inkişaf etdirilməsi və şüurlu qərarlar qəbul etməsi üçün bu fənnin tədrisi vacibdir. Bu istiqamətdə dünya təcrübəsindən yararlanaraq ölkəmizdə də media savadlılığı proqramları hazırlanmalı və pedaqoji heyət təlimləndirilməlidir. Bu, təhsil sistemimizin müasir dünyaya uyğunlaşmasına və gələcək nəsillərin daha şüurlu, məlumatlı və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına kömək edəcək".

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri