Icma.az
close
up
RU
525ci qəzet Milli Konservatoriya: nailiyyətlər və yeni layihələr

525ci qəzet Milli Konservatoriya: nailiyyətlər və yeni layihələr

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan Milli Konservatoriyasında  "Nailiyyətlər və yeni layihələr" mövzusunda növbəti mətbuat konfransı keçirilib. Tədbirdə Milli Konservatoriyanın fəaliyyət göstərdiyi 25 il ərzində qazanılan uğurlara nəzər salınıb, əldə olunan nailiyyətlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr haqqında məlumat verilib.

Media nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi son illər Qazaxıstan və Özbəkistandan rəhbərlik etdiyi təhsil ocağına tələbə axını müşahidə olunduğunu bildirib: "Qazaxıstan və Özbəkistandan tələbələrin elmi dərəcələrini yüksəltmək üçün Azərbaycan Milli Konservatoriyasına üz tutmaları bizim üçün müsbət haldır. Biz bununla həm öz milli mədəniyyətimizi təbliğ edir, həm də onların mədəniyyətilə tanış oluruq. Bizim müəllimlərin yüksək səviyyəli münasibətlərinə, tədris metodlarına görə hər il həmin ölkələrdən xeyli tələbə konservatoriyaya axın edir".

Siyavuş Kərimi qeyd edib ki, Naxçıvan musiqi mühitinin Azərbaycan mədəniyyətinin ümumi inkişaf tempindən geri qalmaması üçün Milli Konservatoriya öz köməyini əsirgəmir: "Naxçıvanın musiqi mühiti neçə vaxtdır, Azərbaycan mədəniyyətinin inkişaf tempindən kənarda qalıb. Konservatoriya bu məqsədlə memorandum imzalayıb. Ordakı universitetin tərkibində fəaliyyət göstərən konservatoriyamızda ustad dərsləri keçirilir, Xalq artistləri tərəfindən konsertlər təşkil olunur".

Yeni musiqi alətlərinin yaradılması ilə bağlı suala cavab verən Siyavuş Kərimi bildirib ki, yeni alətin yaranması üçün cəmiyyət onu qəbul etməli və o alətdə ifa edən mütəxəssislər olmalıdır: "Azərbaycan Milli Konservatoriyası yarananda bizim layihələrimizdən biri o idi ki,  Azərbaycan milli musiqi alətlərinin təkmilləşdirilməsi və yaradılması laboratoriyası qurulsun. Bu layihə uğurla həyata keçirildi. 2004-2005-ci illərdə biz bəm kamanı yaratdıq. Həmin bəm kamanının və balaban alətinin alternativini ərsəyə gətirdik və onların təqdimatı keçirildi. Hazırda bu alətlərdən istifadə olunur. Bir çox ustalar var ki, onlar öz alətlərini yaratmaq istəyirlər. Amma alət o zaman olar ki, onu cəmiyyət qəbul eləsin".

Siyavuş Kərimi yenicə hazırlanmış "Nəsimi" operası ilə bağlı da fikirlərini bölüşüb: "Nəsimi obrazını canlandıran Əməkdar artist Ramil Qasımov opera ilə bağlı fikrini mənimlə bölüşdükdən sonra librettonu əldə etdim və açığın deyim, iki ay həmin librettoya toxunmadım. Tarixdə operalar çox uzun müddət ərzində yazılıb. Amma pandemiya dövrü imkan verdi ki, bu əsəri qısa müddət ərzində hazırlayım. Altı ay müddətinə operanı bitirdim. Bu işdə konservatoriyanın əməkdaşları mənə çox dəstək oldular. Mən bu əsəri opera kimi görmək istəmirdim. Niyyətim tamam başqa idi. Bu, çox elit janrdır. Təəssüf ki, Azərbaycanda son dəfə bu janra müraciət 53 il qabaq - 1971-ci ildə "Sevil" operası ilə olub. İlk məqsədim o idi ki, dünya Azərbaycan şairini tanısın. İkinci məqsədim isə Azərbaycan kinosunun yeni nəfəs almasıdır. Mən Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Fonduna xüsusilə təşəkkür etmək istəyirəm. Onların dəstəyi ilə bizim əsər Heydər Əliyev Sarayında nümayiş olundu. Mənə ən çox təsir edən məqamlardan biri o oldu ki, iki min nəfərlik zal ağzına kimi dolu idi. Tamaşa bitəndən sonra isə tamaşaçılar düz yarım saat ayaqüstə bizi alqışladılar. Nəsiminin qətlə yetirilməsi səhnəsində obrazın paltarları cırılıb-çıxarılmalı idi. Texniki nasazlıqdan bu zaman onun paltarı üzərindəki mikrofon yerə düşdü. Çoxları bunu problem kimi dəyərləndirdi. Amma mən dedim ki, bu, problem deyil, əksinə, bu, lap yaxşı oldu. Ramil Qasımov o qədər təmiz oxuyurdu ki, bir çoxları elə bilirdi, bu fonoqramdır, canlı ifa deyil. Mikrofon yerə düşəndən sonra səs kəsiləndə hamı başa düşdü ki, bu artıq tamaşaçıya olan dəqiq münasibətdir. Buna görə Ramil Qasımova təşəkkür edirəm".

Tədbirin sonunda Milli Konservatoriyanın yaranmasında Ulu öndər Heydər Əliyevin adını xüsusi vurğulayan Siyavuş Kərimi bu illər ərzində bu təhsil ocağına ayrılan diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri