Icma.az
close
up
RU
Azərbaycanda səhiyyə infrastrukturunun inkişafı: yeni layihələr və nailiyyətlər

Azərbaycanda səhiyyə infrastrukturunun inkişafı: yeni layihələr və nailiyyətlər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycanda son onilliklərdə səhiyyə sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, ana və uşaq sağlamlığının qorunması, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi altında, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkili və müasir səhiyyə infrastrukturunun yaradılması strateji hədəf kimi ön plana çıxarılıb. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən səhiyyənin rəqəmsallaşdırılması istiqamətində başlıca prioritetlər səhiyyə məlumatlarının rəqəmsallaşaraq vahid landşaftda birləşdirilməsi, bu məlumatlara rahat interfeyslər vasitəsilə, vətəndaşların və tibb işçilərinin əlçatalığının təmin edilməsi, səhiyyə sahəsində qərarverici orqanların dəqiq analitik və statistik məlumat əldə etməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərdə və fəaliyyətində tələb olan tibbi məlumatların əldə edilməsi kimi məqsədlərin həyata keçirilməsndən ibarətdir. Tibbi xidmətlərin rəqəmsallaşması istiqamətində bir sıra addımlar atılıb – elektron resept, elektron epikriz və xəstəlik vərəqələrinə keçiddən sonra hazırda vahid rəqəmsal səhiyyə ekosisteminin fomrlaşdırılması üçün digər tədbirlər də davam etməkdədir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 3 min 315 tibbi xidmət üzrə əhaliyə tibbi yardımın göstərilməsi həyata keçirilir. Tibbi kadrların hazırlığı sahəsində, o cümlədən ixtisaslar üzrə həkim mütəxəssislərin hazırlanmasında rezidentura təhsilinin və tibb mütəxəssislərinin sertifikasiyasında davamlı peşəkar inkişafın tətbiqi əhəmiyyətli addımlardandır.

AZƏRTAC ölkəmizdə səhiyyə infrastrukturunun inkişafı, nailiyyətlər və perspektivlər barədə araşdırma məqaləsini təqdim edir.

Xəstəxanaların yenilənməsi və təchizat

Azərbaycanın regionlarında istifadəyə verilən yeni və əsaslı təmir olunmuş tibb müəssisələri əhalinin tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, Qobustan 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün köhnə xəstəxananın yerində 60 çarpayılıq müasir bina inşa olunub. Xəstəxanada laboratoriya, dializ, mama və təcili yardım şöbələri yaradılıb. Sumqayıt 2 saylı Şəhər Xəstəxanası 2019-2022-ci illərdə tikilib, bu tibb ocağı geniş şöbə və laboratoriyalarla təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2016-2023-cü illərdə inşa olunub, altı mərtəbədən ibarət kompleksdir. Burada müxtəlif ixtisaslaşdırılmış şöbələr fəaliyyət göstərir. 145 çarpayılıq Qazax Rayon Mərkəzi Xəstəxanası 22 min kvadratmetr sahədə tikilərək müasir avadanlıqla təmin edilib. Abşeron Rayon Mərkəzi Xəstəxanası 2021-ci ildə istifadəyə verilib. Bu tibb müəssisəsi 150 çarpayılıq kompleksdir və yüksək səviyyəli laboratoriya ilə seçilir. Bakıda modul tipli ilk xəstəxana kompleksi isə pandemiya dövründə inşa edilib və əhəmiyyətli səhiyyə ehtiyaclarını qarşılayıb.

Yeni layihələr və əldə olunan nəticə

Azərbaycanın səhiyyə sistemində inkişafın növbəti mərhələsi azad edilmiş ərazilərdə və digər regionlarda yeni xəstəxanaların tikintisini, mövcud olanların isə modernləşdirilməsini nəzərdə tutur. Belə ki, 4,5 hektar ərazidə 180 çarpayılıq Füzuli, 210 çarpayılıq Ağdam, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi xəstəxanaları inşa edilir. TƏBİB-in planı əsasında

Qubadlı və Cəbrayılda modulyar xəstəxanaların layihələndirmə işlərinə başlanılıb. 90 çarpayılıq Şuşa Mərkəzi Rayon Xəstəxanasının modernləşdirilməsi davam etdirilir və tibbi avadanlıqlarla təchizatı gücləndirilib.

Azərbaycanın səhiyyə sistemində həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri nəticəsində həm regionlarda, həm də paytaxtda tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirib, müasir tibbi avadanlıqlarla təminat gücləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri