525ci qəzet Modinin Parisə səfəri zamanı qırıcı təyyarələr və sualtı qayıqların alınmasına dair sazişlər bağlana bilər
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 ədəd “Rafale Marine” qırıcı təyyarələrinin alınması və üç ədəd “Scorpene” sinifli sualtı qayığın birgə inşasına dair təklifi nəzərdən keçirməyi planlaşdırır.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Hindu” nəşri məlumat yayıb.
Sazişin məbləğinin on milyard dollardan çox olduğu deyilir.
"Bu iki sazişin yaxın bir neçə həftə ərzində təsdiqlənmək üçün Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim ediləcəyi gözlənilir", - nəşrin mənbələri bildirib.
Hindistanın Baş naziri Narendra Modi fevralda Parisə səfər etməyi planlaşdırır. Səfər çərçivəsində ölkənin Hərbi Dəniz Qüvvələri üçün “Rafale” qırıcıları və “Scorpene” sualtı qayıqlarının alınmasına dair sazişlər bağlana bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















