525ci qəzet Norveç Ukrayna HDQnin gücləndirilməsi üçün 242 milyon dollardan çox vəsait ayıracaq
Icma.az bildirir, 525.az portalına istinadən.
Norveç hökuməti Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) gücləndirilməsi üçün 2,7 milyard kron (242,3 milyon dollar) ayıracaq.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.
Maliyyə paketi hökumət tərəfindən təsdiqlənib və müdafiə konsernlərindən alınan və ya Norveç ordusunun sərəncamında olan avadanlığın tədarükünü nəzərdə tutur.
Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, maliyyə vəsaitinin ayrılmasında məqsəd Ukrayna qüvvələrinin sahil xətti boyunca minaları aşkar etmək və zərərsizləşdirmək qabiliyyətinin gücləndirilməsidir.
Bundan əlavə, Ukrayna HDQ mənsublarının Rumıniyada mərkəzində təlim keçməsi üçün 130 milyon kron (11,6 milyon dollar) ayrılıb. Norveç həmçinin Ukrayna üçün kiçik gəmilərin alınmasına 150 milyon kron (13,4 milyon dollar) yönəltməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















