Özbəkistanlı qonaqlar BMU nun texnoloji imkanları ilə tanış olublar FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Özbəkistanın Andican Dövlət Texniki İnstitutunun (ADTİ) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində qonaqlar BMU-nun kampusu, tədris-inzibati infrastrukturu, müasir laboratoriyaları və Texnoparkı ilə tanış olublar.
Laboratoriyalarla tanışlıq zamanı nümayəndə heyətinə burada aparılan tədris və tədqiqat işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, laboratoriyalar müasir standartlara uyğun avadanlıqlarla təchiz olunub və tələbələrin praktiki bacarıqlarının artırılmasına geniş imkanlar yaradır.
Qonaqlara, həmçinin BMU Texnoparkında startap layihələrinin inkişafı üçün mövcud şərait, tələbə və gənc tədqiqatçılara dəstək baxımından yaradılmış resurslar və infrastruktur təqdim edilib. Tələbələrin hazırladığı startaplara baxan ADTİ nümayəndələri layihələrin innovativliyini yüksək qiymətləndirib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Özbəkistanlı qonaqlar BMU-dakı mövcud şəraiti yüksək qiymətləndirib və elmi tədqiqat yönündə birgə əməkdaşlığın hər iki tərəf üçün fayda verəcəyini vurğulayıblar.
İki universitet arasında bu ilin may ayında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunan səfər (17-24 noyabr) peşəkar təcrübə proqramının həyata keçirilməsi məqsədi daşıyır. Proqram çərçivəsində ADTİ heyəti universitetdə mühazirələr təqdim edəcək, tədris metodikası və akademik idarəetmə sahəsində mübadilə aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 20 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















