Özbəkistanlı qonaqlar Azərbaycanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
7 may tarixində Özbəkistandan olan kommunikasiyaya məsul şəxslər Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarının fəaliyyəti ilə yaxından tanış olublar.
Özbəkistan nümayəndə heyəti Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, SOCAR, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Gömrük Komitəsində görüşlər keçirib.
Görüşün məqsədi hər iki ölkənin dövlət qurumları arasında kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, mətbuat xidmətlərinin fəaliyyəti və media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsi olub. Eyni zamanda, aidiyyəti qurumların iş prinsipləri, strateji hədəfləri, prioritetləri və gördüyü işlər barədə Özbəkistandan olan nümayəndə heyətinə geniş təqdimat edilib.
Diqqətə çatdırılıb ki, görüşlər informasiya mübadiləsinin genişlənməsinə, peşəkar əlaqələrin qurulmasına və kommunikasiya sahəsində beynəlxalq təcrübənin paylaşılmasına zəmin yaradır.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 May 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları










![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)








