Icma.az
close
up
RU
525ci qəzet Qırmızı jiletli oğlan Bir rəsmin dedikləri

525ci qəzet Qırmızı jiletli oğlan Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla məşhur fransız rəssamı Pol Sezanın "Qırmızı jiletli oğlan" əsərindən danışmışıq.

Pol Sezan XIX əsrin son rübündə Fransada təşəkkül tapmış postimpressionizm cərəyanının görkəmli nümayəndələrindən biridir. Rəssamın yaradıcılığı fransız incəsənətində xüsusi yer tutur. Sezan impressionizm ilə kubizm cərəyanı arasında körpü yaradıb. Əslində, o, əvvəl impressionizmə meyl etsə də, 1870-ci illərdə plenerdə işləməyə başlayır və özünəxas boyakarlıq məktəbi yaradır. Rəssamın yaradıcılığının bir qismini avtoportretlər və müxtəlif mövzularda maraqlı silsilə əsərləri təşkil edir. Sezan yaradıcılığından danışarkən "Kart oyunçuları", "Meyvələrlə vaza", "Qırmızı jiletli oğlan" əsərlərinin adını xüsusi qeyd edə bilərik.

- Humay xanım "Qırmızı jiletli oğlan" Pol Sezan yaradıcılığının hansı dövrünə aiddir?

- Bu əsər rəssamın son dövr yaradıcılığına aid olan sənət nümunəsidir. Sezan 1870-ci illərdən etibarən portret janrında möhtəşəm əsərlər yaratmağa başlayır. Rəssam bu portretdə italyan əsilli oğlanı təsvir edib. Maraqlıdır ki, o, həmin oğlanın dörd məşhur portretini çəkib. Fırça ustası bu əsəri işləyərkən obrazın ətraf mühitlə əlaqələrini dəqiqliklə araşdırıb. Portret daha çox impressionizm cərəyanının motivlərini özündə əks etdirir.

- Bu tablonun həm də macəralarla dolu bir hekayəsi var. İstərdim bir qədər onlardan danışaq.

- Hə. Əldə olunan məlumatlara əsasən demək olar ki, bu əsəri 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar Pol Sezandan almışdı. Daha sonra 1909-cu ildə macar kolleksioneri Marsel Nemeşo, 1913- cü ildə isə alman əsilli tacir Qottlib Riber tabloya sahib çıxıb. 1948-ci ildə isə Emil Qeorq Byurle həmin əsəri Riberdən alıb. Byurle 1956-cı ildə dünyasını dəyişir və əsər Emil Byurle fonduna hədiyyə edilir. Məşhur portret fondun kolleksiyasında 91 milyon dollar qiymət qoyulan dəyərli xəzinə hesab olunurdu. 2008-ci ildə bu portret muzeydən oğurlanır. Uzunmüddətli axtarışlardan sonra tablo Serbiyada tapılır və yenidən muzeyə qaytarılır.

- Əsərin rəng həlli necədir?

- Sezan impressionistlər kimi əsərlərində xoş aura yaradan kolorit çalarları aydın göstərir. Rəssam plenerlərdə işləyərkən rəngarəng etüdlər təsvir edib. Pol Sezanın istər portretlərində, istərsə də peyzaj xarakterli əsərlərində müsbət təəssürat yaradan rəng həlli göz oxşayır. Bu məqam "Qırmızı jiletli oğlan"a da aiddir. Əsərin rəng həlli olduqca zəngindir. Portret şən rənglərlə işlənib. Burada açıq və tünd rənglər vəhdət təşkil edir. Əsərin fonunda tünd yaşıl pərdə və açıq mavi rənglər görürük. Sezan rəng çalarlarını kəskin formada işləyib. İtalyan əsilli oğlanın geyimi rəngarəngdir. Jiletin rəngi məhz portretin adı ilə bağlıdır. Alt köynək mavi və ağ tonlarının qarışığından alınan rənglə işlənib. Divarın yarı hissəsində açıq səma və tünd qəhvəyi çalarlar gözə çarpır. Masanın üzərində isə müxtəlif rənglər görürük. Rəssam əsərin koloritini sanki təbiətlə əlaqələndirib. Çünki bədii hissiyyatı ifadə edən elementlərdən biri də rənglərin əlaqəsidir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiyası mürəkkəb quruluşa malikdir. Tablonun ölçüləri 80x64.5 nisbətindədir. Materialı kətandır, texnika isə yaxma ilə işlənilib. Zəngin rəng koloritinə malik olan bu kompozisiyanın üç çarpaz quruluşu var: Oğlanın beli, arxasındakı tünd yaşıl pərdə boyu qalxan stol və stulun boyu. Göstərilən diaqonallarla kəsişən çarpazların möhkəm strukturunu yaradan oğlanın əl-ayaqlarının vəziyyətidir. Rəssam kompozisiyanın baş qəhrəmanını xarakterik cəhətlərinə əsasən mühitlə əlaqəli canlandırıb. Oğlan masa arxasında başını ovucuna söykəyərək melanxolik pozada təsvir edilib.

- Sizcə, bu əsər bizə nə deyir?

- "Qırmızı jiletli oğlan" portreti dəqiqliklə düşünülmüş bir kompozisiyaya malikdir. Çünki rəssam əsərin ideyasını bədii hissiyyat şəklində ifadə etməyə səy göstərib. Əsər postimpressionizm və impersionizm cərəyanının predmetlərini özündə birləşdirir. Rəssamın XIX əsrin ortalarında impersionizm cərəyanına meyl etməsi bu tabloda açıq-aşkar hiss olunur. Sezan burada da lakonik fikri rənglər vasitəsi ilə çatdırır. Perspektivlik aydın şəkildə gözə çarpır. Rəsmdən bəlli olur ki, fikir konstruktiv şəkildə ümumiləşib. Sezanın digər portret üslubunda işlənən əsərləri kimi, "Qırmızı jiletli oğlan" da izləyicilərin çoxunda xoş təəssürat yaradır.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri