Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Qərbi Azərbaycana qayıdışı kimlərinsə ərazi bütövlüyünə qəsd kimi təqdim etmək yanlışdır Deputat

Qərbi Azərbaycana qayıdışı kimlərinsə ərazi bütövlüyünə qəsd kimi təqdim etmək yanlışdır Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Prezidentin mədəni irs və qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətindən də göründüyü kimi, Azərbaycan hazırkı Ermənistan Respublikası ərazisində vaxtilə yaşamış və öz dədə-baba torpaqlarına dönmək istəyən azərbaycanlıların geri qayıdış hüququnun bərpasını və təmin olunmasını tamamilə legitim hesab edir. Bu, bütün dünyada qəbul edilmiş normal praktika və beynəlxalq humanitar hüququn tələbidir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətindən danışarkən bildirdi.

O vurğuladı ki, insanların öz evlərinə, öz doğma torpaqlarına qayıtmasını kimlərinsə ərazi bütövlüyünə və ya suverenliyinə qəsd kimi təqdim etmək tamamilə yanlışdır:

"Əgər Ermənistandakı revanşistlər bunu belə şərh edirlərsə, deməli, onlar beynəlxalq humanitar hüquqa zidd mövqe sərgiləyirlər. Çünki hər bir insanın öz dədə-baba yurdunda yaşamaq, əgər oradan qovulubsa, ora geri dönmək hüququ var. Azərbaycanlılara məxsus mədəni, tarixi və dini irsin dağıdılması faktları da göz önündədir. Vaxtilə İrəvan şəhərində və digər azərbaycanlıların qurub-yaratdığı, yaşadığı ərazilərdə onlarla, yüzlərlə minarələr, məscidlər və digər tarixi-mədəni abidələr mövcud idi. Bu gün isə həmin abidələrin böyük əksəriyyəti yerlə-yeksan edilib. Biz nə deyirik? Deyirik ki, azərbaycanlıların mədəni və tarixi irsi bərpa edilsin, azərbaycanlılar öz torpaqlarına və mülkiyyətlərinə sahib çıxsınlar. Bu, beynəlxalq humanitar və insan hüquqları hüququnun əsas tələbidir. Buna qarşı revanşist dairələrin göstərdiyi müqavimət və məsələni təhrif edən şərhlər tamamilə qəbuledilməzdir. Əgər beynəlxalq hüququ legitim sayırıqsa, onun tələblərinin bərpasını da legitim saymalıyıq".

Millət vəkili qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının təmkinli, praqmatik, konstruktiv və diplomatik fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

"İcma sırf humanitar məsələlər çərçivəsində öz tələblərini irəli sürür. Hazırda yüz minlərlə azərbaycanlı var ki, Ermənistan ərazisindən qovulduqları torpaqları, evlərini, hətta daşına-kəsəyinə qədər xatırlayırlar. Bu yaddaş hələ də canlıdır və onu silmək mümkün deyil. Fiziki maneələrlə beynəlxalq humanitar hüququn qarşısını almaq mümkün olmayacaq və bu məsələ mütləq şəkildə öz həllini tapmalıdır. Çünki bu, dünyada geniş tətbiq olunan normal praktikadır və beynəlxalq hüquq bunu tələb edir. Beynəlxalq konfransın konstruktiv mühitdə keçməsi, səsləndirilən fikirlərin ədalətin, beynəlxalq hüququn və humanitar hüququn bərpasına çağırış etməsi də çox təqdirəlayiqdir. Bu çağırışlar o vaxta qədər davam etməlidir ki, azərbaycanlıların hüquqları tam təmin olunsun. Əks halda, bu tarixi ədalətsizliyin davam etməsi digər hallarda da pozulmuş hüquqların bərpasını çətinləşdirəcək. Bu, beynəlxalq humanitar hüququn böyük bir sınağıdır: Qərbi Azərbaycan İcmasının hüquqları bərpa olunmalıdır ki, dünyada bir daha belə ədalətsizliklər baş verməsin, insanlar öz evlərindən qovulmasın, mülkiyyət və geri qayıdış hüquqları pozulmasın".

Müsahibimiz bildirdi ki, Ermənistanda revanşist qüvvələr bu məsələni əsassız şəkildə qızışdırırlar.

"Müharibə və qarşıdurma axtaran qüvvələr üçün hər bir məsələ bəhanədir. Buna baxmayaraq, Qərbi Azərbaycan İcmasının konstruktiv və praqmatik mövqeyi onların revanşist narrativlərinə meydan vermir və icma öz legitim hüquqlarını tələb etməklə prinsipial mövqe nümayiş etdirir. Hamımız inanırıq ki, bu hüquqların təmin olunacağı gün gələcək. Əgər Ermənistan tərəfindən bu hüquqlar bərpa olunarsa, bu addım qarşılıqlı etimadın formalaşması, mədəni irsin bərpasına dair dialoqun güclənməsi və sülhə səmimi niyyətin göstərilməsi baxımından çox böyük töhfə olacaq. Bu, həm də Ermənistan-Azərbaycan münasibətlərinin köklü və birdəfəlik həllinə marağın real olduğunu göstərəcək. Belə bir addım atılacağı təqdirdə, qarşılıqlı etimad tədbirləri güclənəcək və münaqişədən qalmış ağır mirasın aradan qaldırılmasına şərait yaranacaq", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri