525ci qəzet Rusiya İsraili Suriyanın Palmir şəhərinə aviazərbələr endirdiyinə görə qınayıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya İsraili Suriyanın Palmir şəhərinə aviazərbələr endirdiyinə görə qınayıb.
525.az APA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Suriyanın Palmir şəhərinə aviazərbələri ilə bağlı bildirib ki, ölkəsi Suriya hakimiyyətinin məlumatına əsasən, 36 nəfərin ölümü və 50-dən çox insanın yaralanması, yaşayış binalarının əhəmiyyətli dərəcədə dağılması ilə nəticələnən bu hücumu qətiyyətlə pisləyir.
"İsrailin Suriya ərazisində bu zorakı hərəkəti, eləcə də ondan əvvəlki bütün hərəkətlər bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır", deyə Rusiya XİN sözçüsü adından yayılan bəyanatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















