525ci qəzet Rutte NATOnun Ukraynaya dəstəyinin əvvəlki tempini saxlamağa çalışır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte Amerika siyasətinin dəyişməsi fonunda Şimali Atlantika Alyansından Ukraynaya əvvəlki dəstək tempini saxlamağa çalışır. Axı Rutte demokratların himayədarıdır.
525.az xəbər verir ki, bunu rusiyalı politoloq İvan Mezyuxo Ruttenin müharibəyə hazırlaşmaq zərurəti ilə bağlı bəyanatını şərh edərkən deyib.
“2025-ci il yanvarın 20-dən etibarən Amerika Birləşmiş Ştatlarının prezidenti Amerika hökumətinin Ukrayna ilə bağlı strategiyasını dəyişdirmək niyyətində olan respublikaçı olacaq. Və ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinin bu qeyri-müəyyənliyi müxtəlif beynəlxalq strukturlardakı “demokratik” ABŞ-ın müvəkkillərini qorxudur. Bu həm də NATO baş katibi kimi cənab Rutteni qorxudur”, - o bildirib.
Ekspert Ruttenin zamanla ritorikasını dəyişə biləcəyini istisna etməyib: “Əgər Tramp münaqişəni gərginləşdirmək siyasəti yürütsə, o zaman Rutte eskalasiyanın lehinə çıxış edəcək. Tramp Ukrayna ilə bağlı mövqeyini diplomatik qarşıdurma istiqamətində yenidən nəzərdən keçirsə, Rutte diplomatik cəbhədən danışacaq. Çünki o, amerikalıların xidmətində tipik flügerdir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















