525ci qəzet Sabah Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Ramana” qazpaylayıcı stansiyasında (QPS) orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y. Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar yanvarın 7-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















