525ci qəzet Sədr müavini: Dini radikalizmlə mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dini radikalizmə qarşı mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu "Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər" mövzusunda dekabrın 5-də Xaçmazda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, konfransda əsas diqqət Şimal bölgəsindəki rayonlarda mövcud dini vəziyyətə və qarşıda duran vəzifələrə yönəldilib:
"Konfransın təşkilində əsas məqsəd dini maarifləndirmə ilə yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, multikultural dəyərlərin tətbiqi kimi vacib məsələlərin müzakirəsi idi. Tədbirdə Şimal bölgəsinə daxil olan rayonlarda mövcud dini durum və qarşıda duran vəzifələr ətraflı müzakirə edildi".
"Eyni zamanda, din xadimləri və dini icmalarla işin gücləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, qeyd edilən məsələlərin müzakirəsi, xüsusilə dini radikalizmlə mübarizə baxımından bu konfransın keçirilməsi çox səmərəli oldu”, - G.İsmayılov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















