İşçi qüvvəsinin bacarıq səviyyəsi mühüm əhəmiyyət daşıyır SƏDR DANIŞDI
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İşçi qüvvəsinin bacarıq səviyyəsi iqtisadiyyatın gələcək dayanıqlılığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır". SİA-nın məlumatına görə, bu sözləri Sammit zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, adətən təşkilatların fiziki hazırlıq strategiyası yalnız mövcud vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün deyil, həm də ümumilikdə iqtisadiyyatın gələcək tələblərinə uyğunlaşmaq üçün nəzərdə tutulur: "Lakin bu gün müşahidə etdiyimiz sürətli transformasiyalar və elmi yeniliklərin biznes proseslərinə çevik şəkildə tətbiqi, işçi qüvvəsinin yeni növlərinin və peşələrə olan tələbatın proqnozlaşdırılmasını və onlara uyğun hazırlığı daha da çətinləşdirir.
Əvvəllər bir peşənin köhnəlməsi və yenisinin yaranması yüzillər və ya onilliklər tələb edirdisə, artıq bu proses sadəcə bir neçə il ərzində baş verir.
Ümumdünya İqtisadi Forumunun son hesabatına əsasən, 2029-cu ilə qədər yeni qlobal makrotəmayüllər nəticəsində təxminən 170 min yeni iş yeri yaranacaq. Bu dövrdə texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər qlobal əmək bazarında ciddi təsirlərə səbəb olacaq.
Qeyd edilən dəyişikliklər 92 min iş yerinin itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, generativ süni intellekt texnologiyalarının təsiri altında 2029-cu ilə qədər işçi qüvvəsinin vəzifə və bacarıqlarının təxminən 40%-i dəyişməyə məruz qalacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 28 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















