525ci qəzet Son bir həftədə 800ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son bir həftədə paytaxt və regionlarda 784 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub".
525.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.
"Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















