İdarə Heyətinin sədri: AQTİ 50 yeni müayinə metodu tətbiq edib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 17 laboratoriyası fəaliyyət göstərir. Laboratoriyaların texniki təchizatı və müayinə imkanları genişlənməkdədir. İnstitut, ilk növbədə, bu sahədə normativ sənədlərin hazırlanması, yeni normaların və qaydaların müəyyən edilməsi üzrə fəaliyyət göstərir. Həmin normalar müəyyən olunduqca analizlərin aparılması da laboratoriyalar tərəfindən təmin edilir. Laboratoriya fəaliyyəti üç istiqamətə bölünür. Bunlar qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı ilə bağlıdır. Həmin laboratoriyalar regional şəbəkə şəklində paylanıb.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev AQTA-nın 2025-ci ilin yekunlarına həsr olunan brifinqində bildirib.
O qeyd edib ki, 17 laboratoriya ilə yanaşı, institutun tərkibində 4 çadır tipli laboratoriya da fəaliyyət göstərir. Bunlardan 3-ü heyvan sağlamlığı və baytarlıq nəzarəti, 1-i isə fitosanitar fəaliyyətlə bağlıdır. “Bundan əlavə, 4 səyyar nəqliyyat vasitəmiz də fəaliyyət göstərir ki, onlar vasitəsilə də laborator analizlər aparılmaqdadır. AQTİ 50 yeni müayinə metodu tətbiq edib. Bununla da, metodların sayı 990-a çatıb. Bunlar, sözsüz ki, AQTİ-də yeni avadanlıqların alınması, təchizat zəncirinin qurulması nəticəsində baş verib. Eyni zamanda, kadrların peşəkarlığının artırılması, onların beynəlxalq səviyyəli təlimlərdə iştirakı da diqqət mərkəzimizdədir”.
Baxış sayı:49
Bu xəbər 26 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















