Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

525ci qəzet Suriya məsələsində AzərbaycanTürkiyə nümunəsi

525ci qəzet Suriya məsələsində AzərbaycanTürkiyə nümunəsi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra təhlükəsizliyin təmini, bu ölkənin gələcəyi, bir dövlət olaraq yenidən qurulması, bərpası, dünyanın müxtəlif regionlarına səpələnmiş insanların qayıdışı həllini gözləyən əsas mövzulardır. Məlumdur ki, 2011-ci ildən başlayan hadisələr, xalqın tələbinə baxmayaraq, Əsədin hakimiyyətdən getmək istəməməsi ölkəni çıxılmaz bir vəziyyətə salıb. İndi bu rejimin süqutu Suriya dövləti və xalqı üçün çox yaxşı imkanlar yaradıb. Əsas olan isə bu imkanlardan düzgün yararlanmaq, qüvvələr arasında siyasi birliyə, həmrəyliyə nail olmaqdır. Əks halda, terror qruplaşmalarının əl-qolu açıla bilər ki, bu da Suriyanın ərazi bütövlüyünü sual altına alacaq.

Məlumdur ki, Suriya probleminin həllində ilk gündən Türkiyə xüsusi rol oynayıb. Məhz Türkiyə Suriyadakı digər dövlətlərdən fərqli olaraq bu ölkənin ərazi bütövlüyünü, suverenliyini hər zaman müdafiə edib, suriyalı qaçqınlara öz qapılarını açıb, terrorla mübarizədə fəal iştirak edib.

Türkiyə həm də Suriya böhranının təsirlərinə ən çox məruz qalan ölkədir, çünki Suriya ərazisi bir sıra terror təşkilatları, o cümlədən, PKK, İŞİD üçün məskənə çevrilib. Bu da qonşu dövlət olaraq Türkiyə üçün təhlükələr yaradırdı. Suriya ərazisində erməni terror təşkilatları da mövcud olub və onlar Əsəd rejimi ilə sx əlaqələrə malik olublar. 2019-cu ildə yaradılan Nubar Ozanyan adına erməni qruplaşması Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib. Onlar PKK terror təşkilatına qoşularaq Türkiyə ordusuna qarşı döyüşüblər. Nubar Ozanyan bir sıra silahlı qarşıdurmalarda iştirak edib, 2017-ci ilin avqustunda öldürülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Bəşər Əsəd rejiminin devrilməsi fonunda Suriyanın təkrar bölünməsi yolverilməzdir: “Biz Suriyanın təkrar bölünməsinə və Suriyanın qarşıdurma bölgəsinə çevrilməsinə yol verə bilmərik. Türkiyə illərdir suriyalılara sığınacaq verib və bu, qardaşlıq sınağından uğurla keçib”.

Ərdoğan Suriyada son həftələr baş verən hadisələri “bütün region üçün tarixi dövr” adlandırıb: “Son 13 ildə Suriya öz tarixində “qara zolaq”la üzləşib, bu, 61 il hakimiyyətdə olan “Baas” diktaturasının devrilməsi ilə başa çatdı. Suriya xalqının önündə “işıqlı bir fürsət pəncərəsi” açılıb”.

Ərdoğan ümid etdiyini bildirib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək.

O, Suriya ərazilərinə nəzarət etmək istəyən qüvvələrə xəbərdarlıq edib: “Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək. Türkiyə evlərinə qayıdan suriyalılara hər cür yardım göstərəcək. Biz ölkənin yenidən qurulmasında qardaş xalqın yanında olacağıq”.

Onu da qeyd edək ki, bu gün Suriyaya humanitar yardımların ayrılması da önəm kəsb edən məsələdir. Bu mənada Azərbaycanın beynəlxalq humanitar məsələlərdə aparıcı rol oynadığı xüsusi vurğulanmalıdır. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu xüsusi qeyd edilməlidir.

Dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da məsələ gündəmdə olub.

Söhbət zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə deyib ki, Rusiya və İrandan fərqli olaraq Türkiyə demək olar ki, 500 ildir bu bölgədədir. Bu baxımdan Türkiyə öz məsuliyyətini hiss edir. “Rusiya uzaqdan gəlib orda oturmuşdu, halbuki bölgəyə onun heç bir aidiyyəti yoxdur. İran orda azlığın hakimiyyətini qoruyurdu və özü üçün hansısa bir geopolitik məsələlər həll edirdi ki, Suriya ərazisindən Livana kimi, sonra ordan da İsrailə qarşı Hizbullahı silahlandırıb, pozucu fəaliyyətlə məşğul idi. Türkiyə isə sabitlik, istəyindədir. Onun rolu konstuktivdir və Türkiyənin mövqeyi ondan ibarətdir ki, Suriyanın ərazi bütövlüyü də, vahidliyi də qorunub saxlanılmalıdır. Budur, Türkiyənin prinsipial yanaşması. Bütün bu məsələləri nəzərə alaraq o birilərindən fərqli olaraq Türkiyə Suriya xalqına hər zaman dəstək olub. İdlibdə insanların tələbatını təmin edirdi. Halbuki qalan bölgələrdə işıqdan tutmuş suya kimi, çörəyə kimi insanlar möhtac qalmışdılar. Ona görə düşünürəm ki, Türkiyə orda sabitliyi təmin etmək üçün səylərini davam etdirəcək. Sadəcə olaraq yaxşı olardı ki, bu məsələdə İran və Rusiya pozucu fəaliyyətlərin tamamlasınlar, qapatsınlar, ABŞ və İsrail isə Türkiyə ilə konstruktiv dialoqa gedərək orda sabitliyin təmin olunması ilə bağlı kömək etsinlər, pozucu fəaliyyətlə məşğul olmasınlar, PKK-nı dəstəkləməsinlər, bir də ki, ərəb ölkələrinin də mövqeyi çox mühümdür. Maliyyə imkanları ərəb ölkələrindədir. Onlar öz maliyyə imkanlarını Suriyanın bərpası üçün yönəltsələr, Türkiyə də öz tərəfindən həmin işlərin təşkili ilə bağlı səylərini təqdim etdiyi halda, bəlkə Suriya indiki böhran vəziyyətindən çıxsın. Odur ki, bu gün Suriya ölkə kimi mövcuddur, amma dövlət kimi daha yoxdur. O dövləti yenidən qurmaq lazımdır”.

Türkiyəyə bu məsələdə maneələrin olmasına gəlincə, politoloq deyib ki, hələlik ABŞ və İsrailin bu məsələlərdə Türkiyə ilə konstruktiv mövqe sərgiləməsini görmürük: “PKK-çılra dəstək verirlər, İsrail Suriyada bəzi əraziləri bombalayır ki, silahları hansısa radikal qruplaşmalar əldə etməsinlər. Reallıqda isə Suriyanın dağıdılması ilə məşğuldurlar. Bunların hamısına son qoyulmalıdır”.

Türkiyə və Azərbaycanın Suriya məsələsində həmrəyliyinə toxunan deputat bildirib ki, Türkiyə həm coğrafi baxımdan Suriyaya yaxındır, həm də indi o bölgədə Türkiyənin imkanları çox böyükdür: “Amma fərq etməz, Azərbaycan Türkiyə ilə həmrəydir, ələlxüsus birinci növbədə humanitar məsələlərin həllində. İndi Türkiyə ilə yanaşı, hansısa digər fəaliyyətlərdə iştirak tələb olunsa, tutaq ki, fövqəladə vəziyyətlə bağlı, yaxud ola bilsin ki, lazım gəldiyi halda lap hərbçilərimiz də Suriyada sabitliyin qorunub saxlanılması üçün öz müttəfiqlik borcunu yerinə yetirərək Türkiyə ilə yanaşı bunu həyata keçirə bilər. Məlumdur ki, Suriyadakı əvvəlki rejim Azərbaycana qarşı çıxırdı, əsasən ermənipərəst bir mövqe tutmuşdu. Biz orada səfirliyimizi bağladıq, düşünürəm ki, şərait dəyişdiyi halda səfirliyimiz də yenidən açıla bilər. Azərbaycan Türkiyə ilə birgə Suriyada bərpa işlərini imkan çərçivəsində aparacaq. İndi bizim üzərimizdə öz problemlərimiz var, yəni Qarabağın bərpa-qurucluğu ilə bağlı, amma hesab edirəm ki, müəyyən mənada biz Suriyada da Türkiyə ilə yanaşı iştirak edə bilərik”.

Suriyada sabitliyin bərqərar olmasının Cənubi Qafqaza təsirinə gəlincə, R.Musabəyov hesab edir ki, burda əsas olan Türkiyənin artan nüfuzudur: “Təbii olaraq Türkiyənin güclənməsi, nüfuzunun artması Cənubi Qafqaza da proyeksiya olunur. Yəni burdakı bütün qüvvələr Türkiyənin bizə yaxın olduğunu nəzərə alıb, onun gücü ilə hesablaşırlar. Türkiyənin nüfuzunun və imkanlarının artması əlbəttə ki, müttəfiq, qardaş dövlət olaraq Azərbaycan üçün də bu müsbət haldır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri