Icma.az
close
up
RU
525ci qəzet Tağıyev böyük ekranda... Günel Mehri yazır

525ci qəzet Tağıyev böyük ekranda... Günel Mehri yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Günel MEHRİ

...1924-cü il, Azərbaycan... Payız günüdür. Bakıda izdiham yaşanır... Ayağı yer, əli çörək tutan hər kəs Bakının ən ucqar yerlərindən onunla vidalaşmağa gəlir - dövrünün tanınmış siması Hacı Zeynalabdin Tağıyevi son mənzilə yola salmaq üçün...  

...2024-cü il, Azərbaycan... Nə az-nə çox, düz yüz il ötüb aradan. Yenə də payız günüdür. Yenə də izdiham var. Və yenə də böyük insan seli onu deyib gəlir - Hacı Zeynalabdin Tağıyevi böyük ekranda izləmək üçün...

Bəs görəsən, niyə bu gün də onun xatirəsi ehtiramla yad edilir? Kim idi Tağıyev? Sadə bir əməkçi ailəsində doğulmuş, özünü, varidatını əzmi və zəhməti nəticəsində sıfırdan yaratmış bir insan idi o. Dövrünün nüfuzlu xeyriyyəçisi kimi tanınan Hacı yüzlərlə insanın çörəklə, işlə təmin olunmasına, təhsil almasına şərait yaratmışdı. Ölkəmizdə neft sənayesinin inkişafına, qəzet çapına, Şərqdə ilk Qızlar məktəbinin məhz Azərbaycanda açılmasına, Bakı-Şollar su kəmərinin tikintisinə və daha nələrə təkan verən Tağıyev təkcə mesenat, xeyriyyəçi deyildi. Həm də Azərbaycanın ictimai-siyasi həyatında danılmaz rolu olan parlaq şəxsiyyət idi.

İllər öncə eşitmişdim ki, Bakı Media Mərkəzi Tağıyev haqqında film çəkir. Qəhrəman mənə məlum şəxsiyyət olduğundan bu xəbər diqqətimi çəkmişdi. Nəhayət, ilk nümayiş oktyabrın beşində bir çox dövlət adamlarının, eləcə də filmin baş prodüseri Arzu Əliyevanın iştirakı ilə Heydər Əliyev Mərkəzində baş tutdu. Noyabrın yeddisində də bir çox sənət adamları, kinosevərlər kinoteatrda Tağıyevin işığına toplaşıb. Mən də onların arasındayam. Burada olan hər kəs kimi, illərdir kitablardan, sənədli filmlərdən tanıdığım, rəğbət bəslədiyim şəxsiyyət haqqında çəkilmiş "Tağıyev: Neft" filmini izləmək üçün səbirsizlənirəm. Tağıyevin böyük portreti kinoteatrın foyesindəki divarlardan boylanaraq gələn qonaqları əzmlə, vüqarla salamlayır. Mən onun portretinə baxa-baxa düşünürəm ki, görəsən, filmin müəllifləri nə dərəcədə səmimi, canayaxın bir obraz yarada biliblər?.. Tağıyevin şüurumuzda formalaşmış sanballı surətinə nə dərəcədə yaxınlaşa biliblər? Axı bu insanın həyatı dramatuji baxımdan o qədər dolu-dolu, o qədər keşməkeşli keçib ki... Bu qədər materialı bir neçə bölümə sığışdırmaq əlbət ki, asan deyil. Özü də nəzərə alsaq ki, söhbət tamamilə başqa zaman kəsiyindən, indi bizə yad olan bir mühitdən gedir. Müəlliflərin boynuna nəinki qəhrəmanını, həm də onun var olduğu dönəmi araşdırmaq kimi önəmli bir vəzifə düşür. Tarixi romanları yazmaq bu baxımdan daha əlverişlidir. Yazar obrazının rəngarəng təsvir həllərini rahatlıqla təqdim edə bilir. Amma böyük ekranda obrazların təbii alınması tək ssenaristdən deyil, həm də və daha çox rejissordan və aktyorlardan asılıdır. Bütün bu səbəblərdən ötrü tarixi qəhrəmandan film çəkmək böyük məsuliyyət və cəsarət tələb edir. Dünya kinematoqrafiyasından azmı tarixi filmlər izləmişik ki, roman versiyası uğurlu, ekran həlli isə bir o qədər uğusuz olub... Bir sözlə, bütün bu gərgin zəhmətin nəticəsi, tamaşaçının bədii və sənədli kitablardan ona məlum olan qəhrəmanı böyük ekranda qəbul etməyinə bağlıdır. Çünki o, izlədiyi obraza inanmalıdır, hətta sevməlidir, kitablardan tanıdığı, sevdiyi kimi...

Nəhayət, hər kəs filmin nümayiş olunacağı salonda öz yerini tutdu. Nümayişdən öncə filmin prodüseri Orman Əliyev çıxışında vurğuladı ki, bu filmlə bağlı ilk ideya beş il öncə yaranıb. Filmin rejissoru Zaur Qasımlı ilə söhbət əsasında danışıblar ki, Hacı Zeynalabdin Tağıyev haqqında bədii film çəkmək çox maraqlı olardı. Amma heç kimə sirr deyil ki, bədii film, özü də tarixi mövzuda olan bədii film çəkmək üçün böyük maliyyə tələb olunur. Və nə xoş ki, bir müddət sonra film üçün lazım olan maliyyə dəstəyi tapıldı. Beləliklə, böyük həyəcanla və istəklə dörd hissəli "Tağıyev" filminin istehsalına başlanılır. Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunur. Və nəhayət, "Tağıyev: Neft" adlanan ilk bölüm böyük tamaşaçı kütləsinin ixtiyarına verilir.

İşıqlar söndü. Hacı Zeynalabdin Tağıyevin siması böyük ekrandan bizə gülümsəyirdi. Amma bu səbirli təbəssümün arxasında böyük bir inad, əzm və fədakarlıq dururdu. Tağıyevin yaşlı vaxtını canlandıran Xalq artisti Qurban İsmayılov da, gənclik dövrünü oynayan Xalq artisti Pərviz Məmmədrzayev də qəhrəmanın yaşadığı çətin həyat yolunu sadə və səmimi ştrixlərlə çatdıra bilirdilər. Şəxsən mən filmin bədii keyfiyyətini və uğurunu ilk növbədə səmimiyyətə bağlayıram. Obrazlar da, mühit də pafosdan uzaq, həqiqi idi. Elə Tağıyevin özü kimi. Düzdür, tarixi filmin əsasında fundamental araşdırma, böyük maliyyə vəsaiti və gərgin zəhmət olur, amma film səmimi alınmasa, bütün bunlar nəticəsiz qalardı.

Filmin süjet xətti gənc amerikalı jurnalistlə artıq yaşlanmış və sovet ölkəsinin qanunlarına görə yaşamağa məcbur olan keçmiş milyonçu Tağıyevin söhbəti əsasında qurulub. Hacı bu gəncə bir vaxtlar neft quyusunu tapmaq üçün nə cür fədakarlıqlardan keçdiyini nəql edir. Sən demə, milyonlara aparan yol kənardan göründüyü qədər sadə və rahat olmayıb!..

Bu axtarışlar zamanı beş il keçir və bu müddət ərzində tamaşaçı Hacının ailə həyatını, eləcə də o dövrün mühitini izləmiş olur. Bu baxımdan filmin dramaturgiyası yavaş-yavaş inkişaf edərək neftin qəfil fontan vurması ilə yekunlaşır. Filmin ən təsirli səhnələri ata-oğul arasında olan dialoqlarda açılır. Bu baxımdan Tağıyevin oğlunu canlandıran uşaq obrazı yaddaqalan idi. Həmçinin, Əməkdar artistlər Elşən Rüstəmov, Rasim Cəfər, Natəvan Hacıyeva, aktyorlar Manaf Süleymanov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı və digərləri maraqlı obrazlar sərgiləyirdilər.  

Film sonlandıqda yaradıcı heyətin təqdimatda iştirak edən qismi alqışların müşayiəti ilə səhnəyə çıxdı. Yeri gəlmişkən, filmin baş prodüseri Bakı Media Mərkəzinin təsisçisi Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Təqdimatda diqqətimi çəkən məqamlardan biri də Tağıyevin xələflərinin zalda bizimlə birlikdə filmi izləməsi oldu. Əminəm ki, onlar da ulu babalarının böyük ekrandakı surətindən təsirlənmişdilər.

Əlbət ki, mən nə tarixçiyəm, nə də kino tənqidçisi. Qoy filmdə açıqlanan faktlardan, filmin çəkiliş keyfiyyətlərindən onlar söz açsınlar. Amma kino sənayesinin panoramasını mütəmadi olaraq izləyən bir qələm adamı kimi demək istəyirəm ki, tariximizə biganə olmayan hər kəs bu filmi izləməlidir. Çünki bu ekran əsəri tək Tağıyevi işıqlandırmayıb. Azərbaycan kino sektoruna əhəmiyyətli bir aydınlatma gətirib. Azərbaycan tarixi filmlərinə yeni bir rakurs sərgiləyib. Artıq biz dünya kinosundakı dəyərli tarixi filmlər haqqında ağızdolusu danışdığımız kimi, öz kinomuzdan da sitat gətirə bilərik. Çünki "Tağıyev: Neft" filmi dramaturgiyasına və çəkiliş xüsusiyyətlərinə görə həm uğurlu, həm də keyfiyyətli alınıb. Zalda əyləşənlərin emosional durumunu diqqətlə izlədiyimə görə deyə bilərəm ki, tamaşaçılar böyük ekrandakı Tağıyev obrazına həm inandılar, həm də təsirləndilər. 

Yeri gəlmişkən, film noyabrın yeddisindən etibarən bütün kinoteatrlarda nümayiş olunur. Mən isə indidən filmin növbəti bölümlərini həyəcanla gözləyirəm. Və yazımın sonunda bu zövqlü işə, Tağıyev şəxsiyyətinə layiq bu əməyə görə bütün yaradıcı heyəti təbrik etmək istəyirəm. Tarixi yaşatmaq məsuliyyətli və önəmli bir missiyadır. Tariximizi yaşadanlara eşq olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri