Icma.az
close
up
RU
Bayraq sevgisi Günel Mehri yazır

Bayraq sevgisi Günel Mehri yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Günel MEHRİ

Möhtəşəm 44 gün yaşadıq. Rəngli-rəngli, dolu-dolu, birlik-bərabərlik içində. Heç tanımadığımız insanlar bircə günə dillərə dastan oldu. Ətrafımızda dolaşan, sakit, sıradan bildiyimiz bəzi dost-tanışlar bizi necə mat qoydu. Bir də baxdıq, kinolarda gördüyümüz qəhrəmanlar yalan, əsl qəhrəmanlar illərlə böyrümüzdə imiş, xəbərimiz yox. Sən demə, bir qığılcım lazım imiş, içimizdəki əjdahaların oyanıb od yağdırmasına, beynimizdəki  Qarabağ vulkanının püskürməsinə... Məncə, sözün hər bir mənasında möhtəşəm yaşadıq bu 44 günü. 30 ilə yaxın zaman kəsiyində ünümüzün yetmədiyi uzaq-uzaq diyarlara Qarabağ həqiqətlərimiz 44 günə çatdı, yayıldı, əks-səda verdi. Dünya bizi danışdı. Xarici kanalların ən reytinqli verilişlərində gündəm olduq. Kimi müzakirə, kimi mühakiə etdi... Bu 44 gündə adrenalin, seretonin, endorfin hormonlarımız qaynayıb daşdı. Eyni anda ağlayıb-güldük. Yüngülləşib havalara uçduq, dalınca da gərginləşdik. Gərginləşib-gərginləşib, sonra da şadyanalıq etdik. Bəlkə yuxu kimi, Hiçkokun filmləri kimi idi, amma hamısı həqiqi idi və ən yeni tariximizin real mənzərəsini cizgiləyirdi. Dünyanı mat qoyan bu həqiqətin məkanı - Azərbaycan, doğum tarixi - 27 sentyabr 2020-ci il, adı isə Böyük Vətən Müharibəsi idi. Bəlkə də qlobusu qarşısına qoyub barmağıyla fırladan bir əcnəbi üçün Azərbaycan boyda kiçik bir ərazidə Vətən Savaşının böyük olması absurd səslənə bilər. Amma bilən bilir ki, bu savaş bizim üçün nə qədər böyük, nə qədər yaralı oldu. Çünki savaş nöqtəsindən daşdı, onlarla günahsız insanın, məsum körpənin qətlinə gətirdi. Çünki meydanda təkbətək vuruşduğumuz qoç deyildi ataların dediyi kimi, cildən-cildə, dondan-dona girən tülkü idi. Amma atalar bir gözəl kəlam da deyib axı. Deyib, pisi deyəndə gərək yaxşını da deyəsən. Elə düşmənin tülkü kimi fəndgir olması, Qarabağ savaşının miqyasını artırıb Böyük Vətən Savaşına çevirməsi bizə neçə-neçə Vətən fədaimizi tanıtmadımı? Bu torpaqlara bağlılığımızı, xalq olaraq varlığımızı, kimliyimizi kəşf etmədikmi? Başqa vaxt sosial şəbəkələrin xəbər lentində bərq vuran dəbdəbəli restoran, avtomobil, gəzinti görüntülərinin yerini, savaşımızın simalarına çevrilən tanımadığımız tanışlar tutmadımı? Fikir verdinizsə, "Danışan şəkillər" yarandı bu 44 gündə. Evlərimizin qonağı oldu, telefonlarımızın əsas bəzəyi. Söhbətlərimizin məğzinə çevrildi bu danışan fotoların susqun qəhrəmanları. Bir də ayıldıq ki, ön cəbhə kimi, arxa cəbhədə də Vətən fədailəri yetişib bu sehrli zaman kəsiyində. Adbaad axtardıq onları, düşdük izlərinə. Baxdıq ki, İlahi, hər şəklin arxasında nə qədər maraqlı bir əhvalat var. Bəlkə faciəvi, bəlkə qanımızı donduracaq qədər ağrılı, amma  maraqlı... Və mən bu qədər müqəddimədən sonra bu 44 gündə dilə-ağıza düşən həmin fotolardan birinin qəhərəmanını tanıtmaq istəyirəm. Gəncəli Xəyyam Eyyubovu. O Xəyyamı ki, bircə gecənin içində bütün Azərbaycan tanıdı. Təsadüfən çəkilmiş fotosu sərhədlər aşdı. Milyonların marağına, təəccübünə səbəb oldu. Bəlkə də kimlərsə mövzudan xəbərdardır, kimlərsə hali deyil, gəncəli Xəyyamın bayraq sevgisindən. Elə isə qoy özü nəql etsin əhvalatı. Elə olduğu kimi. Nə artıq, nə əskik...

Vətən savaşı təzə başlamışdı. Oktyabın 4-ü idi. Qəfil uğultu yayıldı şəhərdə. Bir də eşitdik ki, Əziz Əliyev küçəsini bombalayıblar. Qaçdım getdim hadisə yerinə. Hamı yığışmışdı ora. Zərər çəkənlərə hərə bacardığı kimi yardım edirdi. Danışırdılar ki, ermənilərin əməlidir. Raket atıblar. Özü də camaatın yaşadığı əraziyə. Böyüklü-kiçikli hamı çaşqınlıq içində idi. Açığı, o günədək belə bir halla qarşılaşacağımıza inanmazdıq. Bilmirdik nə baş verir, niyə baş verir. Axı Gəncə müharibə zonası deyildi. Həm də ancaq dinc mülki əhalinin yaşadığı bir şəhərdi. Ordan birbaş gəldim evimizə. Biz bina evində yaşayırdıq. Əli Nəzmi küçəsində yerləşirdi. Qədim bina idi: ikimərtəbəli. Binanın üstündə yazıldığı tarixə görə 1903-cü ildə inşa edilmişdi. 11 ailə yaşayırdı orda. Altında da sığınacaq kimi zirzəmisi vardı. İçimə nəsə dolmuşdu ki, bu raket məsələsi bir də təkrarlana bilər. Ona görə qonşuları xəbərdar edib zirzəmiyə yığdım. Öz ailəm və bir qonşunun ailəsi hələ bizim mətbəxdə yır-yığış edirdilər. Mən də küçədə evin qabağında dayanmışdım. Birdən həmin uğultunu eşitdim. Başımı qaldırmağımla raketin evin damına düşməyi eyni anda oldu. İllərdir yaşadığım ev gözümün qabağında çökürdü. Zərbədən müvazinətimi itirdim. Yüngül xəsarət almışdım. Hər yeri tüstü və kəskin barıt qoxusu bürümüşdü. Tez özümü toparladım. Evə tərəf üz tutdum. Bir təhər uçqunların arasından ailəmi tapdım. Hamısı panikada çığırışırdılar. Bir onu gördüm ki, qzım Zəhranın başı qan içindədir. 11 aylıq uşaq ağrıdan dayanmadan ağlayırdı. Tez qucağıma alıb çıxartdım binadan. Evdəkilər də dalımca gəldilər. Onda gördüm ki, qonşunun uşağı Emil də yaralanıb. Tez uşaqları qaçırtdıq xəstəxanaya. Təcili əməliyyata götürdülər qızımı. Başına sarğı qoymuşdular tənziflə. O vəziyyətdə fotosunu çəkdilər Zəhranın. Sonra gördüm ki, Gəncə hadisəsi ilə bağlı yazılarda Zəhranın fotosu da gedib. Həmin gün getsin, gəlməsin. Çox ağır anlar yaşadıq. Sözlə təsvir etmək olmur. İndi də o ərazini görəndə təsirlənirəm. Amma həmin gün uşaq əməliyyatdan  çıxandan sonra həkim dedi ki, təcili dəyişik paltarlar lazımdı. Uşağın bütün paltarları evdə qalmışdı. Elə canımızı götürüb çıxmışdıq. Ona görə evə qayıtmalı oldum. Evin qabağı polislə, jurnalistlə doluydu. Çoxu da başqa dildə danışırdı jurnalistlərin. Polislər binaya girişi qadağan etmişdilər. Uçqun təhlükəsi var idi deyə. Birtəhər gözlərindən yayınıb evə doğru qaçdım. İlahi, ev necə yad gəlirdi. Altı üstünə çevrilmişdi. Tanımaq olmurdu. Bayaq çaşqınlıqdan fikir verməmişdim. Birtəhər uçqunların arasından uşağa lazım olan əşyaları tapdım. O anda uçqunların altında qalan bayrağımı gördüm. Ürəyim razı olmadı bayrağın burda qalmasına. Köksümə sıxıb tələsik binadan çıxdım. Çünki orda olduğum hər an təhlükəli idi. Orda olan foto-müxbirlərdən biri fotomu necə çəkib, vallah, heç bilməmişəm. Gəldim xəstəxanaya uşağın dəyişəyini verdim. Üstündən bir-iki gün keçdi. Dost-tanış başladı zəng vurmağa ki, bəs sən sosial şəbəkələrdə, efirdə məşhurlaşmısan. Hamı səndən danışır. Hətta Rusiya telekanallarından birində sənin fotonu göstəriblər. Mat qaldım. Dedim, uşağa qarışıb başım. Nə efirdən xəbərim var, nə sosial şəbəkədən. Nə məsələdir ki? Dedilər, sən bayraqla uçan evindən çıxanda fotoqrafın biri şəklini çəkib yayıb. Hamı ona görə sənin bayraq sevgindən, qəhrəman olmağından danışır... Düzü, o bayrağı götürüb çıxanda ağlıma da gəlməzdi ki, bunun fotosu yayıla, məşhurlaşam. Nə bilim... Məncə, mən içimdən gələn kimi hərəkət eləmişəm. Əgər bunu kimsə qəhrəmanlıq sayırsa, nə gözəl. Bayrağımı sevirəm. Çünki bayraq elə Vətənimin bir parçasıdır. Bayraq mənim üçün o qədər əzizdir ki, bombalanmış evimdən onu götürüb çıxardım. İnşallah, bu bayraq daim başımızın üstündə dalğalanar və xoş günlərimizə şahidlik edər.

Xəyyam danışdıqca fikrən həmin günə uçuram. Beynimin ekranında hər şey birbəbir canlanır. Efirdən gördüyüm Gəncə kadrlarıyla montaj olunub birləşir. Uçqunların arasıyla bayraq əlində qaçan həyəcanlı Xəyyamı, şaqqaşaq həmin anı əbədiləşdirən fotoqrafları görürəm. Gəncəlilər üçün təşviş keçirən Bakını görürəm. Xatirimə gəlir ki, həmin günlərdə Qarabağ Gəncə idi. Gəncə Azərbaycan idi. Çünki bütün Azərbaycanın qəlbi Gəncəylə bir vururdu. Söhbətimiz yekunlaşır. Və bu qısa tanışlıq zaman bir məqamın fərqinə varıram ki, qəhrəmanım hələ də səksəkədədir, həm də hər səsə reaksiya verəcək qədər. Yaşadıqlarından sonra bu hal nə qədər də təbiidir. Deyir, qulağımdan getmir o bomba səslərinin uğultusu, yaralı uşağımın ağlaması. Haqlıdır Xəyyam. Həm də yerdən göyə qədər. Kim olsa, unutmaz, unuda bilməz zatən. Deyirəm, Xəyyam, kaş bütün bunları yaşamayaydın. Nə biz səni axtaraydıq, nə sən bu intervüləri vermək məcburiyyətində olaydın. Çünki hər dəfə sual verildikcə o məşum günün yaşatdıqlarına qayıdırsan. Və bir ata ürəyi üçün bu, çox ağrılıdır, bilirəm. Amma bir həqiqət var ki, qismətdən qaçmaq olmur. Demək, sənin qismətində olan bu imiş: İkinci Qarabağ savaşının arxa cəbhədəki qəhrəmanlarından birinə çevrilmək! Allah bir də elə qadalı günlər qismət etməsin, gəncəli qardaşım! Bir gün qarşılaşsaq da, şad mövzularda qarşılaşaq. Amin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri