Icma.az
close
up
RU
525ci qəzet Trampa Avropa ilə deyil, qonşu dövlətlərlə məşğul olmaq daha sərfəlidir Politoloq

525ci qəzet Trampa Avropa ilə deyil, qonşu dövlətlərlə məşğul olmaq daha sərfəlidir Politoloq

Icma.az bildirir, 525.az portalına istinadən.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başa düşür ki, Avropanın təhlükəsizliyinə investisiya qoymaqdansa, qonşu ölkələrdən vahid iqtisadi və logistika sistemi yaratmaq daha sərfəlidir.

525.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Ruslan Andreev Trampın son bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidentinin Qrenlandiyanı ələ keçirmək, Kanadanı Amerikanın yeni ştatına çevirmək, Panama kanalına nəzarəti qaytarmağa hazır olması ilə bağlı son bəyanatları məhz bununla bağlıdır.

“Trampın bu gün kimisə qıcıqlandırmağa və ya reaksiyasını sınamağa ehtiyacı yoxdur. O, artıq qalibdir və başqaları ilə ABŞ-ın maraqları barədə güc tərəfdən danışacaq və yalnız “güclər”lə danışacaq”, - ekspert əlavə edib.

Onun sözlərinə görə, Trampın Kanada və Meksika, Panama və Qrenlandiya ilə bağlı açıqlamalarından sonra ümumilikdə ABŞ-ın Cənubi və Mərkəzi Amerikada təsirinin bərpasından sonra Respublikaçılar Partiyasının nümayəndəsinin geosiyasi strategiyası ortaya çıxır: “Ağ Evin ətrafında xaos varsa, Vaşinqton niyə Avropanın təhlükəsizliyini təmin etməlidir? Avropa öz təhlükəsizliyi üçün NATO hesablarını (ÜDM-in 2%-i) ödəmir. NATO və Potsdam-Yalta təhlükəsizlik sistemi öz faydalılığını itiribsə, nə üçün onu dəstəkləmək lazımdır?”.

O, miqrantların, narkotik ticarətçilərinin, cinayətkarlığın ABŞ-a ən yaxın qonşu ölkələrdən cəlb edildiyini, onların çoxmilyardlarla vəsait yatırdığını vurğulayıb. Andreev hesab edir ki, bu fonda Tramp təkcə Kanada, Meksika, Qrenlandiya deyil, həm də bütün Mərkəzi Amerika və Cənubi Amerikanın bir hissəsi, neft yataqları ilə Venesuelaya qədər öz ətrafında dövlətlərin bir növ vahid iqtisadi və logistika aqlomerasiyası yaratmağı təsəvvür edir: “Bu əməkdaşlıq modeli, bir tərəfdən, amerikalı seçicinin aktual problemlərindən qurtulmağa, digər tərəfdən isə Çini və onun Asiya-Sakit okean regionunda yaratdığı aqlomerasiyanı effektiv şəkildə cilovlamağa imkan verərdi”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see158

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see143

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see119

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri