525ci qəzet Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkmənistan Hava Yolları bir ay müddətinə Moskvaya uçuşları dayandırıb.
525.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məhdudiyyətlər 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək tətbiq edilib və Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə reyslərə şamil edilib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bundan sonra AZAL Rusiyanın bir neçə şəhərinə (Qroznı, Mahaçqala, Soçi, Mineralnıye Vodı, Vladiqafqaz, Nijni Novqorod, Samara, Saratov, Ufa, Volqoqrad) uçuşları dayandırıb.
Ardınca “Qazaq Air” (Qazaxıstan) da yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə uçuşlara fasilə verib.
Həmçinin, Soçi və Mineralnıye Vodıdan Dubaya reyslər də “FlyDubai” şirkəti tərəfindən yanvarın 5-dək ləğv edilib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















