Icma.az
close
up
RU
Uşaq qəlbi ayna kimidir, gördüyünü əks etdirir...

Uşaq qəlbi ayna kimidir, gördüyünü əks etdirir...

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Uşaq tərbiyəsi bütün dövrlərin ən aktual mövzusudur. Yaxşı uşaq böyütmək valideynin borcudur. Bu, həm də valideynin sabahının zəmanətidir. Təcrübə göstərir ki, ətrafı ilə hörmətlə davranan uşaqların böyük əksəriyyəti ailədə hörmət görən uşaqlardır. Ona görə də, uşağa çəkilən zəhmət, qoyulan sərmayə həm də hər kəsin sabahı üçündür.
Yaxşı uşaq böyütmək üçün…
Yaxşı uşaq böyütmək hər kəsin arzusu olsa da, hər kəsin qisməti deyil. Ola bilsin ki, valideyn uşağının tərbiyə işində düzgün davranır, hər şeyi olduğu kimi yerinə yetirir, ancaq nəticə istədiyi kimi olmur. Bu iddiaya tarixdən də kifayət qədər nümunə göstərmək olar. Hətta Allahın elçiləri arasında da bu cür nümunələr göstərmək mümkündür. Bəlkə də, elə buna görə, dinimiz uşaq məsələsini ən çətin imtahanlardan biri kimi qiymətləndirir.
Bəziləri uşağa çəkilən zəhməti, xərci gələcəyə verilmiş borc kimi qiymətləndirirlər. Yəni, bu gün mən sənə baxıram, sabah da sən mənə baxarsan. Bu baxış kökündən səhvdir. Bizim mənəvi dəyərlərimiz bu mövzuda alver etməyi sevmir. Sabah kimin nə edəcəyi səni düşündürməməlidir, bu gün sən öz boynuna düşən vəzifəni layiqincə yerinə yetirməlisən.
Uşaq əmlak deyil, əmanətdir
Bu həqiqəti dönə-dönə düşünmək və öz ruhuna, hissinə hopdurmaq çox vacibdir. “Uşaq əmanətdir” demək sizə heç də təəccüblü gəlməsin. Evləndiniz, heç xərciniz, borcunuz da çıxmadı, bir də gördünüz ki, gül kimi bir uşağınız dünyaya gəldi. O uşağı sizə verən Allahdır. Qonşunuzu görürsünüzmü, illərdən bəri həkim-həkim gəzirlər, ancaq hələ də bir uşaq səsinə həsrətdirlər. Bəli, məsələyə məhz bu prizmadan yanaşsanız, həqiqəti görə bilərsiniz. Ona görə də, əmanətlə layiqincə davranmaq lazımdır. Əmanətin Sahibi Allahdır. Ona görə də, uşağınızla davranış Allahın verdiyi əmanətlə davranış olmalıdır. Əgər uşağı öz əmlakınız bilsəniz və onunla istədiyiniz kimi davransanız, heç vaxt istədiyiniz alınmayacaq. Bir valideyn kimi də, bir insan kimi də bu məsələdə həmişə ziyana uğrayacaqsınız.
Hörmət edin, hörmət görün
İstər pedaqoqlardan soruşun, istər filosoflardan, istərsə də, Uca Peyğəmbərimizin (s.ə.s.) hədislərinə baxın. Hamısı eyni həqiqətə işarə edəcək: uşağınızın ədəbli, mərifətli insan kimi böyüməsini istəyirsinizsə, ona qarşı ədəbli, mərifətli davranın.
Təcrübə göstərir ki, hörmət içində böyüyən uşaqlar böyüdükdən sonra ətraflarına hörmətlə davranırlar. Yəni, siz təkcə uşağınıza tərbiyə vermirsiniz, həm də onun gələcəyini formalaşdırırsınız. Uca Peyğəmbərimizin hədisi-şəriflərində bu mövzuda çox mühüm tövsiyələr var. Görün, Allah Rəsulu (s.ə.s.) bu haqda nə buyurur: “Heç bir ata-ana uşağına gözəl bir tərbiyədən və gözəl bir əxlaqdan daha qiymətli miras qoya bilməz”.
Göz yaşardan mənzərələr
Uşağa hörmət, ehtiram mövzusunda bizim örnək alacağımız və gözəlliyi qarşısında quruyub qalacağımız ən möhtəşəm mənzərələr yenə Rəsulullahın həyatındadır. Əlbəttə, biz burada valideyn deyəndə Peyğəmbər Babanı, uşaq deyəndə Həsən, Hüseyn nəvələri nəzərdə tuturuq. Dizlərinin üstünə çıxardılar, saqqalını dartardılar. Ancaq heç birinin qəlbini qırmazdı, sadəcə olaraq təbəssüm edərdi, başlarını sığallayardı, alınlarından öpərdi.
Uşaqlarla davranışda onun qədər şəfqətli, mərhəmətli ikinci bir örnək göstərmək mümkün deyil. Namaz qılanda belinə dırmaşardılar, ancaq O bir müddət belə qalardı. Qalxanda da ehtiyatla qalxardı ki, yıxılmasınlar. Əlini onların başına qoyardı: “Allahım, bunlar mənim bir cüt reyhanımdır. Mən bunları sevirəm, Sən də sev, onları sevənləri də sev”, deyib dua edərdi.
Başqa bir örnək
Bir gün Allah Rəsulu (s.ə.s.) evinə gələndə xanımının kövrəldiyini görür. Səbəbini soruşur. Xanımı belə deyir:
- Tanımadığım bir qadın iki qonağı ilə gəlmişdi. Onlara verməyə cəmi üç xurma tapdım. Qadın uşaqların hərəsinə bir xurma verdi, birini də özünə saxladı. Uşaqlar bir göz qırpımında xurmanı yeyib ananın üzünə baxdılar. Ana da əlindəki xurmanı ikiyə böldü və onlara verdi, özü bir şey yemədi. Mən də başqa bir şey tapa bilmədim ki, onları qonaq edim.
Allah Rəsulu xanımının bu sözündən kövrəldi və:
- İnşallah, Allah məhz bu əməlinə görə o qadını cənnətinə yerləşdirər, - buyurdu.
Bəli, bizdə adət-ənənə belə olub: uşaq acdırsa, valideyn öz aclığını gizləyib, onları yedirib. Çünki uşağın aclığına dözmək mümkün deyil. Həm də uşaq Allahın əmanətidir.
O otağın qapısını döyün
Uşağınızdan hansı münasibəti görmək istəyirsinizsə, onunla elə davranmalısınız. Yəqin ki, mənzilin ən kiçik otağını uşaqlarınıza ayırmısınız. Əgər uşaqlarınızın sizin otağınızın qapısını döyməsini istəyirsinizsə, gərək siz də onların otağının qapısını döyəsiniz. Məsələ icazə alıb-almamaqdan getmir, onsuz da valideyn gecə boyu üç-dörd dəfə onların otağına keçir, açılmış üstlərini örtür. Hələ bəlkə özünü saxlamayıb üzlərindən də öpür. Bunları bir tərəfə qoyaq, sadəcə olaraq, siz səhər-səhər uşaqların oyaq olduğunu bildiyiniz üçün qapını döyərək icazə istəyirsiniz ki, onlar da eyni münasibəti sizə göstərsinlər. Artıq burada sözə ehtiyac qalmır, tərbiyə davranış vasitəsilə alınmış olur.
Uşaq valideynin yalan danışdığına şahid olursa, o valideynin heç bir sözünün təsiri qalmır. Bu mövzuda xüsusilə həssas olmaq lazımdır. Bəzən biz çöldə daha həssas, daha ciddi olur, evə gələndə isə ürəyimiz istədiyi kimi davranırıq. Bu da səhv düşüncədir. Ən çox sevdiklərimizlə, yaxınlarımızla daha həssas, daha ciddi davranmalıyıq ki, münasibətlər uzunömürlü olsun, səmimiyyətini, sevgisini itirməsin.
Xoş sözünüz əskik olmasın
Uşağın hər səhvini üzünə vurmaq nə qədər zərərlidirsə, hər gözəl işini də qiymətləndirmək o qədər faydalıdır. Məsələn, hiss edirsiniz ki, uşaq süfrə başında çəngəli düzgün tutmağa, səliqəli yeməyə cəhd göstərir. Deməli, bu işi daha da möhkəmləndirmək üçün tərifə, xoş sözə ehtiyac var. Təbii ki, sizin bu tərifiniz, xoş sözünüz təsirsiz qalmayacaq. Kitab oxuyursa, yenə xoş bir söz demək lazımdır. Ağıllı davranışını görürsünüzsə, yenə bir təriflə qiymətləndirməlisiniz. Səhvləri isə şişirtmədən, mümkün qədər üstüörtülü şəkildə həll etmək daha yaxşıdır. Onda uşaq anlayacaq ki, onun səhvini bildilər, ancaq açmadılar.
Süfrə başındasınız. Yeməklər masanın aşağı tərəfindən çəkilir və ilk növbədə, ailənin başçısının qarşısına gəlir. Böyük hər kəsin qarşısına yeməyin gəlməsini gözləyir, sonra da “Bismillah!” deyib əlini süfrəyə uzadır. Ancaq bundan sonra süfrədə bir canlanma başlayır. Yəni, bu cür məsələlər danışıqla, sözlə olmur, həyat tərzinə çevrilərək uşağın yaddaşına, düşüncəsinə yerləşdirilir.
Hisslərinə qiymət verin
Uşaq da olsa, onun da öz hissi, öz duyğusu var. Hörmət gözləyir, ehtiram arzulayır. Ona görə də, ailənin bəzi məsələlərini uşaqla məsləhətləşmək faydalıdır. Doğrudur, bu məsləhətləşmə bir çox hallarda doğru qərarın alınmasına kömək etmir, ancaq uşağın yetişməsinə çox gözəl təsir göstərir və uşaq anlayır ki, ailədə onun da öz yeri var. Bu hiss əslində uşağın ciddiyyəti üçün də çox mühüm amildir.
Əgər siz kəlməbaşı: “Sən pis uşaqsan”, “Səndən adam olmaz” deyirsinizsə, o uşaqdan yaxşı bir şey gözləmək olmaz. Yox, əgər, siz ona hörmət edirsinizsə, “Bu məsələ haqqında sən nə düşünürsən?” deyib onu düşünməyə sövq edirsinizsə, əlbəttə, yenə qazanan siz və uşağınız olacaq.
Unutmayın ki, uşaq qəlbi ayna kimidir, gördüyünü əks etdirir. Ona görə də, o aynada gözəl görünün ki, o aynanın əks etdiyi də gözəl olsun.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Yanvar 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri