Icma.az
close
up
RU
525ci qəzet UICin sədri: Dəmir yolu infrastrukturlarına sərmayələr artırılmalıdır

525ci qəzet UICin sədri: Dəmir yolu infrastrukturlarına sərmayələr artırılmalıdır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dəmir yolu infrastrukturlarına sərmayələrin artırılması iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə vacib addımlardan biridir.

525.az xəbər verir ki, bunu Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri və Polşa Dəmir Yolları İdarəsinin baş direktoru Alan Boduard COP29 çərçivəsində keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirdə deyib.

A.Boduard qeyd edib ki, Polşada baş verən təbii fəlakətlər dəmir yollarının dayanıqlığının artırılmasının əhəmiyyətini daha da qabardır:

“Bu il ölkədə 4000-5000 km-dən artıq yağıntı qeydə alınıb, bu da daşqınlara və infrastrukturun genişmiqyaslı zərər görməsinə səbəb olub. İqlim dəyişikliklərinə uyğunlaşmaq üçün infrastrukturumuza davamlı sərmayələr yatırılır, müasir texnologiyalardan istifadə edilir və risklərin idarə olunması üçün innovativ yanaşmalar tətbiq edilir”.

UIC tərəfindən yayımlanan “Gələcəkdəki Dəmir Yolları” adlı tədqiqatda dəmir yollarının davamlılıq və uyğunlaşma sahəsində əsas rol oynayacağı vurğulanıb. A.Boduard bu tədqiqatın nəticələrini əsas gətirərək qeyd edib ki, milli uyğunlaşma planlarında dəmir yolları üçün konkret siyasətlər və prioritetlər müəyyən edilməlidir. O, həmçinin, ekstremal hava hadisələrindən sonra bərpa işləri üçün maliyyə dəstəyi və iqlimə uyğun texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

“Dəmir yolları həm yüksək tutumlu, həm də az karbonlu bir həll olaraq iqlim böhranının həllində kritik rol oynayır. Nəqliyyat sektoru qlobal enerji ilə bağlı istixana qazı emissiyalarının 24 %-nə cavabdehdir. Bu baxımdan dəmir yolu infrastrukturlarına sərmayələrin artırılması qaçınılmazdır,” - deyə A.Boduard bildirib.

UIC rəhbəri əlavə edib ki, dəmir yolları ətraf mühitə minimal təsir göstərməklə regionları birləşdirmək və karbon emissiyalarını azaltmaq potensialına malikdir:

“Dəmir yollarının emissiyaların azaldılmasında oynadığı mühüm rolu nəzərə alaraq, birgə səylərlə daha dayanıqlı nəqliyyat sistemləri qurmaq mümkündür. Bu yalnız qlobal əməkdaşlıq yolu ilə reallaşa bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see139

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see134

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri