Icma.az
close
up
RU
Binali Yıldırım: Azərbaycanın bu addımını təqdir edirəm! FOTO

Binali Yıldırım: Azərbaycanın bu addımını təqdir edirəm! FOTO

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

 İstanbulda yerləşən Avrasiya Bir Vakfı hər ay şənbə günləri müxtəlif mövzularda maraqlı konfraslar təşkil edir.

Sherg.az xəbərr verir ki, vakfın bu dəfəki qonağı Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım oldu. “Türk Dövlətləri Təşkilatı və Türk Dünyası ilə münasibətlər” başlıqlı konfransı giriş sözü ilə açan Vakfın Başqanı Şaban Gülbahar bu gün Türk Dövlətlərində milli istiqamətdə gedən proseslərin inkişafında, Türk Dünyası arasındakı əlaqələrin gün-gündən daha da güclənməsində TDT-nın önəmli rolundan bəhs etdi.

TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım çıxışında bir çox məsələlərə toxundu:

“TDT Ağsaqqallar Şurası rəsmi bir qurum deyil, yəni siyasəti, iqtisadiyyatı, qanunvericiliyi dizayn etmir, amma ağsaqqallıq Türk ənənəsində hər zaman var olub, bizim təşkilatda da cəmiyyət ilə rəhbərlik arasında əlaqələri gücləndirir. Ağsaqqallar Şurası 2021 ci ildə yaradılsa da, qısa zaman ərzində Türk Dövlətlərində yaşayan qardaşlarımızın, xüsusilə akademik çevrələrin bir-biri ilə əlaqələrini gücləndirmək üçün fəaliyyətlərimizi davam etdiririk. Qarşıda hələ qət edəcəyimiz uzun bir yol var, ortaq universitetlər qururuq, hal hazırda Türkiyədə Türk Dünyasından 30 min tələbə təhsil alır, bunlar 30 min könüllü böyük elçi deməkdir”.

“Şərq” qəzetinin ortaq Türk əlifbası və “Türk Dövlətləri Təşkilatının adının Türk Dövlətləri Birliyi olaraq dəyişdirilməsi daha uyqun olurmu?” kimi suallarını cavablandıran cənab Binali Yıldırım bunları bildirdi:

“Türk Dövlətləri Təşkilatının Azərbaycanın Qəbələ şəhərində keçirilən zirvə toplantısında TDT Ağsaqqallar Şurası olaraq mütəxəssislər tərəfindən ortaq Türk tarixinin yenidən hazırlanması gərəkdiyini təklif etdik və artıq bu çalışmalara başlatıldı. Bu ortaq çalışmada Türk Dövlətlərindən bir çox tarixçi alimlər, bilim adamları, həmçinin mərkəzi Astanada yerləşən, TDT-na bağlı Türk Akademisi təmsilçiləri iştirak edir. Türklər tarix yazmır, yaradır deyirlər, amma bu şərəfli tarixi də düzgün bir şəkildə yazmaq lazımdır. Ortaq əlifbaya gəlincə 34 hərfdən ibarət olan ortaq Türk əlifbası üzərində 2 il çalışdıq. Bu əlifba üzərindəki çalışmalarımız ən çox Rusiyanı narahat etdi, amma şox şükür buna nail olduq və bu gün artıq Qazaxıstan, Özbəkistan, Qırğızıstan bu əlifbanı paralel olaraq tədris edir. Bu məsələdə Azərbaycanın atdığı addımı təqdir edirəm, sovetlərdən ayrılıb müstəqilliyini qazandığı zaman latın əlifbasına keçdi, onun üçün də bu gün Türk Dövlətləri arasında Azərbaycan üçün ortaq əlifbaya keçid çox rahatdır. Qəbələdə keçirilən zirvədə Azərbaycan Prezidenti cənab İlham Əliyev elan etdi ki, Türk Qurultayının 100 cü ili 2026- cı ildə Azərbaycanda keçiriləcək və bu qurultayda ortaq türk əlifbasının qəbul edilməsini bütün dünyaya elan edəcəyik.

Avropa Birliyi modeli isə bizə uyğun deyil, olsa olsa ASEAN modeli bizə yaxındır, çünki biz Şərq mədəniyyətindən gəlirik. Avropa Birliyi çox müdaxiləçi və suveren haqlarıını əhəmiyyətli ölçüdə birliyə dövr edən bir qurumdur, bu da bizim Türk idarəetmə sisteminə, dövlət anlayışına uyğun deyil. Təbii ki, Avropa Birliyinin də yaxşı tərəfləri var, öz aralarında iqtisadiyyatı gücləndırır, infrastruktur çatışmazlıqları aradan qaldırır. Bizim əsas məqsədimiz Türk Dövlətləri arasında vizanı və gömrük keçiş əməliyyatlarını asanlaşdırmaq, iqtisadi gücü artırmaq, ortaq dil, mədəniyyət, gələcəkdə isə ortaq valyuta müəyyənləşdirməkdir”.

Yaqut Misirxanlı

İstanbuldan “Şərq” qəzeti üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Yanvar 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri