Icma.az
close
up
RU
525ci qəzet Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisinin ekipajı təxliyə edilib

525ci qəzet Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisinin ekipajı təxliyə edilib

Yəmənin Hodeyda liman şəhərinin təxminən 194 km şimal-qərbində baş verən hücumdan sonra ticarət gəmisinin heyəti göyərtəni tərk etməli olub.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

“Ticarət gəmisi Bab əl-Məndəb boğazında naviqasiya üçün təhlükə yaradır. Gəmi sürüklənir, onu heç kim idarə etmir. Beynəlxalq koalisiya qüvvələri gəminin heyətini Cibutiyə təxliyə edib”, - UKMTO-nun məlumatında deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Bununla belə, qurum nə gəminin adı, nə də ona hücum üsulunu açıqlamayıb.

Hələ ki heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Qərb mediası xatırladır ki, bu cür hücumlar, adətən, Yəmənin husi üsyançıları tərəfindən həyata keçirilir.

seeBaxış sayı:107
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri