Icma.az
close
up
RU
525ci qəzet Zelenski Rusiyanın son hücumu barədə “Enerji sektorumuza ən böyük zərbələrdən biri”

525ci qəzet Zelenski Rusiyanın son hücumu barədə “Enerji sektorumuza ən böyük zərbələrdən biri”

Dekabrın 13-də səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi kütləvi zərbələr ən güclülərdən olub.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski teleqram-kanalında bildirib.

“Enerji sektorumuza ən böyük zərbələrdən biri”, - Ukrayna lideri Rusiyanın son hücumunu belə dəyərləndirib.

Zelenski kütləvi zərbələr fonunda Qərb ölkələrini Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyə çağırıb. O, Rusiyanın ən azı 93 ballistik raket zərbəsi endirdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki hərbi obyektlərə və enerji infrastrukturuna kütləvi hücumlar həyata keçirib. Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, bütün Ukraynanın enerji sistemi təhlükə altındadır.

İbrahim Cəfərov

seeBaxış sayı:52
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri