54 milyard dollarlıq hərbi həmlə: Polşa ordusunu sürətlə böyüdür VİDEO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Polşanın hərbi transformasiyası, sürətlə genişlənən silahlanma proqramı, yerli müdafiə sənayesinin gücləndirilməsi və mümkün uzunmüddətli müharibəyə hazırlıq strategiyası təhlil olunub.
Bildirilib ki, Polşa Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artıq 220 mini keçib. Varşava Avropanın ən böyük quru ordusunu qurmağı hədəfləyir. 2026-cı ildə müdafiəyə təxminən 54 milyard dollar, yəni NATO metodologiyasına görə ÜDM-in 4,68 faizi həcmində vəsait ayrılıb.
Qeyd olunub ki, 2022-ci ildən sonra silahlanma tempi kəskin artıb. ABŞ-dən "Abrams", "F-35", "Patriot" və "Apache" sistemləri ilə yanaşı, Cənubi Koreyadan "K2" tankları, "K9" haubitsaları, "FA-50" təyyarələri və "K239 Chunmoo" bazasında "Homar-K" sistemləri alınıb. Məqsəd təkcə arsenaldakı boşluqları doldurmaq deyil, həm də bu texnikanın uzunmüddətli istismarı üçün yerli istehsal və texniki xidmət imkanları yaratmaqdır.
Vurğulanıb ki, "K2" proqramında Polşa istehsalının genişləndirilməsi, "Homar-K" sistemlərinin yerli şassilərlə inteqrasiyası və 155 millimetrlik artilleriya sursatının istehsal gücünün artırılması Varşavanın əsas prioritetlərindəndir. Avropa İttifaqının SAFE proqramı çərçivəsində ayrılan 43,7 milyard avrodan çox güzəştli kredit də Polşa ordusunun silahlanması ilə yanaşı, yerli müdafiə sənayesinin inkişafına yönəldilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Sentyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















