Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez tez gəlmək imkanım olacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
BIAF kimi festival qəlbimə çox yaxın olanları təqdim etmək üçün gözəl fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu tanınmış skripkaçı Devid Qarrett BIAF-2026 çərçivəsində təqdim olunan konsertdən əvvəl media nümayəndələri ilə görüşdə bildirib.
O deyib ki, festival üçün Sofiya Qubaydulina adına Müasir Musiqi Mərkəzinin orkestri ilə birlikdə “Millennium Symphony — Crossover Programme” adlı proqram hazırlayıb. Proqrama pop musiqi, rok, klassik musiqi və kino musiqisi janrlarında tanınmış ifaçı və bəstəkarların əsərləri daxil edilib.
“Mədəniyyət istənilən ölkənin imicinin mühüm tərkib hissəsidir. Ənənələri davam etdirmək, mədəniyyəti və irsi qorumaq, eyni zamanda, yeniliklərə yol açmaq çox vacibdir. Mövcud ənənələri yeni ideyalarla birləşdirmək, hamıya tanış olan məsələlərə fərqli prizmadan baxmaq üçün daim imkanlar axtarmaq lazımdır”, – deyə musiqiçi qeyd edib.
Devid Qarrett Bakı ilə bağlı təəssüratlarını da bölüşüb.
“Hələlik vaxtımızın çoxunu bu möhtəşəm konsert zalında (Heydər Əliyev Mərkəzində) məşqlərə sərf etmişik. Lakin bu gün Bakını bir qədər gəzmək imkanım oldu. Bakı müasir və gözəl şəhərdir. Ümid edirəm ki, gələcəkdə buraya daha tez-tez gəlmək imkanım olacaq”, – deyə müsahib əlavə edib.
AZƏRTAC-ın müxbirinin Azərbaycan musiqisi ilə tanış olmağa imkan tapıb-tapmadığı barədə sualını cavablandıran Devid Qarrett kiçik bir sirri açıb. “Bu barədə soruşmağınız çox yerinə düşdü. Bir neçə gün əvvəl məndən konsertin sonunda əlavə olaraq ifa etmək üçün bir əsər seçmək barədə xahiş etdilər. Buna görə də bu axşam ənənəvi Azərbaycan musiqisindən hansısa əsəri dinləməyiniz də tamamilə mümkündür”, – deyə sənətçi vurğulayıb.
Müəllif – Anara Axundova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Noyabr 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















