Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Salyan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrının qonağı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qastrol səfəri çərçivəsində qonaq teatrın kollektivi tamaşaçılara “Dəcəl bacılar” və “Özgəyə quyu qazan” tamaşalarını təqdim edib.
Səfər teatr sənətinin təbliği və yaradıcılıq mübadiləsi baxımından əhəmiyyət daşımaqla yanaşı, Naxçıvandan gələn qonaqların Salyanın tarixi, mədəniyyəti və milli-mənəvi irsi ilə yaxından tanışlığı üçün də imkan yaradıb.
Qonaq teatrın kollektivi səfər çərçivəsində Salyan Şəhidlər Abidəsini, Salyan Dövlət Tarix-Diyarşünaslıq Muzeyini, Salyan Dövlət Rəsm Qalereyasını və Salyan Heydər Əliyev Mərkəzini ziyarət edib.
Ziyarətlər zamanı kollektiv üzvləri Salyanın qəhrəmanlıq tarixi, zəngin mədəni irsi və incəsənət ənənələri ilə yaxından tanış olublar.
Müxbir-Aydın Yavərzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Noyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















