Koronavirus yenidən yayılmağa başlayıb (Video)
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Koronavirusun yeni mutasiya variantları yayılmaqda davam edir.
Qonşu İranda da yoluxmada artım var. Artıq ölüm faktları da qeydə alınır. Qeyd olunur ki, yayılan koronavirusun alt ştamı əvvəlkilərlə müqayisədə daha sürətlə ötürülür və yoluxmaya səbəb olur. Bəs bu vəziyyət Azərbaycan üçün də həyəcan təbili hesab oluna bilərmi?
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səhiyyə eksperti, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, koronavirus pandemiyası bitsə də, epidemiyası qalmaqdadır. Bu proses hələ bir müddət də davam edəcək.
Həkim-terapevt Gülnar Quliyeva bildirib ki, koronavirus və xüsusiyyətləri bizə pandemiyadan tanış olsa da risk həmişə qalmaqdadır.
Ekspertlərin fikrincə, omikron ştamının müxtəlif mutasiya variantları yayılmaqda davam edir və bunun nə vaxt sona çatacağı və ya qrip kimi hər il davam edəcəyini demək mümkün deyil. Hava- damcı yolu ilə yayılan infeksiya olduğu üçün istənilən ölkəyə yayılma ehtimalı hər zaman olacaq. Xüsusilə qonşu ölkələrdə yoluxma hallarının artması epidemioloji vəziyyətin diqqətdə saxlanılmasını zəruri edir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Noyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















