Icma.az
close
up
RU
57 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

57 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, imtahan 35 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanda 57 min 437 şagirdin iştirakı nəzərdə tutulur.

Həmin gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı baş tutacaq. 

Eyni zamanda martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Fevral 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri