Icma.az
close
up
RU
594 saylı avtobus Ceyranbatan dayanacağında niyə dayanmır? AYNA dan CAVAB

594 saylı avtobus Ceyranbatan dayanacağında niyə dayanmır? AYNA dan CAVAB

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dəqiqələrlə, elə olur 1 saat burda durub gözləyirik, ancaq 594 nömrəli avtobus dolu gəldiyi üçün saxlamır".

Redaktor.az xəbər verir ki, bu fikirləri saytımıza Ceyranbatan sakini bildirdi.

Onun sözlərinə görə, Sumqayıt-Ceyranbatan-20 Yanvar xətti üzrə hərəkət edən nömrəli ekspres marşrut sərnişinləri tam doldurur və Ceyranbatan dayanacağında artıq sərnişin götürmür.

"Ceyranbatan əhalisi avtobusu uzun müddət gözləməli olur və bu səbəbdən işə gecikənlər də olur. Bəzən sərnişinlər bir saatdan çox dayanacaqda dayanmalı olurlar, lakin avtobus dolu olduğu üçün onları götürmür".

Sakinlər məsələni aidiyyəti qurumların diqqətinə çatdırmaqla, sərnişinlərin rahat və təhlükəsiz şəkildə daşınmasını təmin etmələrini tələb edirlər.

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna AYNA-dan cavab olaraq bildirildi ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir:

"Paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri də təşkil edilib. Xətlərdəki 33 avtobus 7-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Hər iki marşrutda aralıq dayanacaqlar arasında Ceyranbatan qəsəbəsi də var.   

Daşıyıcı tərəfindən sürücülərə təyin olunmuş dayanacaq məntəqələrində nəqliyyat vasitəsində yer olduğu təqdirdə dayanmaqla bağlı tapşırıq verilib. Qeyd edək ki, ekspres avtobuslarda ayaqüstə sərnişin daşınması üçün konstruksiya nəzərdə tutulmadığından, bu, yolverilməzdir və təhlükəsizlik qaydalarının pozulması deməkdir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri