Icma.az
close
up
RU
Ceyranbatan sakinləri çətin durumda: Bakıya gəlməyə avtobus tapılmır AYNA dan açıqlama

Ceyranbatan sakinləri çətin durumda: Bakıya gəlməyə avtobus tapılmır AYNA dan açıqlama

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin sakinləri bu yaşayış məntəqəsindən Bakı istiqamətinə heç bir marşrut xəttinin mövcud olmamasından şikayətçidir.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

@tv.oxu

Magistral yolda böyük təhlükə: Bakıya gəlməyə avtobus tapmayanlar ölümlə üz-üzə Magistralyol Ceyranbatan Bakı oxuaz

♬ Epic News - DM Production

Qeyd olunub ki, Ceyranbatandan "20 Yanvar" və "Beynəlxalq avtovağzal" istiqamətində gəlmək üçün illərdir heç bir marşrut xətti mövcud deyil.

"Qəsəbə ərazisində 20 mindən çox insan yaşayır. Əksər insanlar hər gün şəhərə işə, yüzlərlə tələbə dərsə gedir-gəlir. İstəyimiz odur ki, Ceyranbatandan Bakıya "Bakubus" avtobuslar ayırsın. Necə ola bilir ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq AYNA bu problemi həll etmək istəmir?

Bir neçə gün öncəyədək Sumqayıtdan Bakıya işləyən digər yolüstü avtobuslarla birtəhər gəlirdik. İndi onları da xəttə buraxmırlar. Deyirlər ki, qanunsuz sərnişindaşımanın qarşısını alırıq. Qalmışıq Sumqayıtdan gələn 594 və 595-in ümidinə. Onlara da günün pik saatlarında minmək mümkün deyil, zatən Sumqayıtdan dolu gəlirlər və Ceyranbatanda dayanacaqda saxlamırlar. AYNA-nın qanunsuz sərnişindaşıma ilə mübarizəsini alqışlayırıq, amma qəsəbədən şəhər istiqamətinə insanları da düşünmək lazımdır. Qəsəbədən marşrut xətti yoxdur, Sumqayıtdan gələn digər alternativ avtobusları da xəttə buraxmır, "Neoplan"lara da minmək olmur. Çünki hamısı dolu keçib gedir. Bəs biz nə etməliyik? Nə qədər yollarda qalmaq olar?", - deyə şikayətdə yazılır.

Sakinlər qeyd edir ki, hər gün səhər saat 6-8 aralığında Ceyranbatanda dayanacaqda yüzlərlə adam bəzən 1 saat yolda qalır: "Çıxış yolu odur ki, AYNA səhər 6-9 aralığında bir neçə "Bakubus"un ilk dayancaq Ceyranbatan olmaqla Bakıya düşməsinə qərar verməlidir. Sumqayıtdan gələndə onlar dolu olur və biz zülüm çəkirik. "Manatlıq taksi"lər, fərdi maşınlarla gəlmək isə məşəqqətdir. Çünki hər gün Sumqayıtdan Bakıya gələrkən Abşeron Gənclər Şəhərciyinin qarşısından başlayan tıxac "20 Yanvar"adək davam edir. "Bakubus"lar avtobus zolağı ilə gedir, biz xahiş edirik ki, səhər saatlarında ilk yoladüşmə məntəqəsi Ceyranbatan olmaqla avtobuslar işləsin, işə, dərsə çata bilək".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 502, 509, 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir.

"Eyni zamanda Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və metronun "Xocasən" stansiyasından keçən 505 nömrəli avtobus sərnişindaşıma xidməti təqdim edir. Xətt üzrə altı avtobus 15 dəqiqə intervalla fəaliyyət göstərir.

H.Z.Tağıyev qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut xəttində səkkiz avtobus 12-15 dəqiqə, Sumqayıt şəhəri - "Binə" ticarət mərkəzi marşrutu üzrə fəaliyyət göstərən 509 nömrəli marşrut xəttində isə on avtobus 10-12 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərir.

Paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri də təşkil edilib. Xətlərdəki 33 avtobus 7-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Hər iki marşrutda aralıq dayanacaqlar arasında Ceyranbatan qəsəbəsi də var.

Daşıyıcı tərəfindən sürücülərə təyin olunmuş dayanacaq məntəqələrində nəqliyyat vasitəsində yer olduğu təqdirdə dayanmaqla bağlı tapşırıq verilib. Qeyd edək ki, ekspres avtobuslarda ayaqüstə sərnişin daşınması üçün konstruksiya nəzərdə tutulmadığından, bu, yolverilməzdir və təhlükəsizlik qaydalarının pozulması deməkdir.

Bakı-Sumqayıt yolunda təşkil edilmiş xüsusi hərəkət zolağına gəlincə, "Yol hərəkəti haqqında" Qanuna əsasən, müvafiq nişanlarla işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə, sözügedən qanuna əsasən sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir.

Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilərlər", - deyə açıqlamada vurğulanıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri