Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir?
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynada pilotsuz uçuş aparatlarının soyuq havadan qorunması üçün qeyri-adi üsula əl atıldığı açıqlanıb. Belə ki, dronların bəzi həssas hissələrinin donmadan qorunması məqsədilə donuz piyindən istifadə edildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın raket və pilotsuz uçuş aparatları istehsalçılarından biri olan "Fire Point" şirkəti sosial şəbəkədə məlumat yayıb.
Şirkətin açıqlamasına görə, təxminən mənfi 20 dərəcə temperaturda soyuq hava dronların kameralarına və kabellərinə təsir göstərə, həmçinin batareyaların daha sürətlə boşalmasına səbəb ola bilər. Bu problemlərin qarşısını almaq üçün həssas komponentlərin üzərinə nazik piy təbəqəsi çəkilməsi təklif olunur.
Şirkət bu üsulun mürəkkəb texniki həllər olmadan soyuğun təsirini azaltmağa kömək etdiyini bildirib.
Qeyd edək ki, "Fire Point" Ukraynanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən və raketlər, eləcə də pilotsuz uçuş aparatları istehsal edən şirkətlərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Oktyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















