“6 7 yaşlı uşaqlara bunu rəva görmürəm” Firəngiz Əlizadə
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Biz sovet dövründə də vahid məktəbli forması geyinərək məktəbə getmişik. İstəyirik ki, uşaqlarımız da eyni formada məktəbə getsinlər, qəbul olunmuş geyim qaydalarına əməl etsinlər və məktəbdə gözəl mühit yaradılsın”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib.
O deyib ki, azyaşlı qız uşaqlarına hicab geyindirilməsini təzyiq hesab edir:
"Təbii ki, altı-yeddi yaşlı qız uşağına hicab geyindirərək məktəbə göndərməyi mən təzyiq hesab edirəm. Amma uşaq məktəbi bitirdikdən sonra artıq öz seçimlərini edə bilər. Şəxsiyyəti formalaşdıqdan sonra hansı yolu seçirsə, bu, onun öz qərarıdır. Lakin məktəbdə, sinifdə digər şagirdlərlə eyni mühitdə təhsil alan uşaqların vahid geyim formasına əməl etməsi, diqqətlərini dərslərinə yönəltməsi vacibdir. Məktəbi bitirdikdən sonra isə kimsə başını örtməyi seçə bilər”.
Firəngiz Əlizadə başıörtülü xanımlarla bağlı münasibətini də açıqlayıb:
"Məsələn, bizim iki xanım üzvümüz var, hər ikisi başıörtülü xanımlardır. Onlardan biri bəstəkardır, digəri isə musiqişünasdır. Onların ailələri var və bu məsələdə heç bir problem görmürəm. Amma altı-yeddi yaşlı qız uşaqlarına hicab geyindirilməsinə rəva görmürəm”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















