6 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilir
Icma.az bildirir, Lent az portalına istinadən.
6 avtovusun istiqaməti dəyişdirilir.
AYNA-dan Lent.az-a bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən iyulun 10-12-də 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.
İyulun 11-12-də isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 10 İyul 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















